İİV (İnsanın İmmunçatışmazlığı Virusu) daşıyıcıları - QİÇS xəstələri uzun ömür yaşaya bilərlər...

Paylaşılma tarixi: Apr 15, 2018 12:46:6 PM

Martın 17-də Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə “KİV-lərin QİÇS-lə bağlı stiqma və diskriminasiyaya qarşı mübarizədə rolu” mövzusunda təşkil olunmuş təlimdə tələbələr, media nümayəndələri iştirak etmişlər.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov “İİV (İnsanın İmmunçatışmazlığı Virusu) infeksiyası/QİÇS haqqında məlumat: dünyada və Azərbaycanda İİV epidemiyası ilə bağlı vəziyyət” mövzusunda təqdimatla çıxış edib.

Bildirilib ki İİV (İnsanın İmmunçatışmazlığı Virusu) daşıyıcıları - QİÇS xəstələri uzun ömür yaşaya bilərlər. Bu şərtlə ki onlarda İİV vaxtında aşkar olunmalıdır və mütəmaadi olaraq müalicə almalıdırlar. Müalicə isə əsasən vaxtaşırı olaraq müəyyən həblərin qəbul edilməsi ilə bitir.

Virusa yoluxmuş şəxslərdən 72,2 faizini kişilər təşkil edirlər ki, bunlardan da 46,4 faizi narkotik istifadəçiləridir. Bu kişilərlə cinsi əlaqədə olmiş bir çox qadınlar da İİV infeksiyasına tutulmuşlar. Xəstəliyin qadından kişiyə keçməsi ehtimalı isə nisbətən azdır.

Məlumat üçün əlavə edim ki, təlimdə Şəkidən "İpəkçi" qəzetinin baş redaktoru Aydın Məmmədov və mən - "Turan" İA-nin müxbiri Sadıq Fətəliyev də iştirak edirdik.