Ulu öndər Heydər Əliyevin 20 il əvvəl "İpəkçi" qəzetinə göndərdiyi təbrik məktubunun mətni

Paylaşılma tarixi: Nov 24, 2013 12:7:50 PM

№1/1328 14 dekabr 1993-cü il

İpəkçi” qəzetinə

Dünya şöhrətli ipəkçilərimizin əmək rəşadətlərinin yorulmaz tərənnümçüsü “İpəkçi” qəzeti 60 illik yaradıcılıq yolunu şərəflə keçmiş, respublikamızın ictimai-siyasi həyatını dolğun əks etdirməklə öz oxucularının rəğbətini qazanmışdır.

Bu əlamətdar hadisə - 60 illik yubiley münasibəti ilə qəzeti və onun əməkdaşlarını ürəkdən təbrik edir, onların hər birinə cansağlığı, xoşbəxtlik və bundan sonra da oxucu etibarına layiq olmağı arzulayıram.

Taleyi sınanan xalqımızın bu ağır çağlarında “İpəkçi”nin yaradıcı kollektivinə haqq-ədalət uğrunda mübarizə aparmaqda, bütün qüvvələri səfərbər etməkdə, hər bir oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaqda böyük uğurlar diləyirəm.

Azərbaycan Respublikasının

Prezidenti H.Ə.Əliyev