Tələt Qasımov

Paylaşılma tarixi: Aug 04, 2020 10:24:4 PM

Şəki Ensiklopediyası səhifəsi

Tələt Qasımov (1939 – 1999) — görkəmli dövlət xadimi və tibb işçisi, Azərbaycan SSR əməkdar həkimi, Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri.

Tələt Qasımov

Mündəricat

Qasımov Tələt Əli oğlu

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

4 avqust 1939-cu il tarixdə Bakıda anadan olub.

1956-cı ildə Bakı şəhər 6 №-li orta məktəbini bitirib.

1957 – 1963-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində,

1965 – 1967-ci illərdə əvvəl Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun klinik ordinaturasına təhsil alıb.

Tələt Qasımov.

Azərbaycan Respublikasının səhiyyə naziri

Elmi fəaliyyəti[redaktə | əsas redaktə]

19911992

1967-ci ildə “Bronxial asma zamanı kliniki-biokimyəvi tədqiqatlar” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Xələfi

Sələfi

Rahim Hüseynov

vəzifə təsis edilib

Əmək fəaliyyəti[redaktə | əsas redaktə]

Azərbaycan SSR səhiyyə naziri

1957 – 1963-cü illərdə institutda təhsil alarkən Bakı şəhər 2 №-li klinik xəstəxanada tibb qardaşı vəzifəsində çalışıb.

1963 – 1965-ci illərdə hərbçi-həkim kimi Sovet Ordusunda (Macarıstanda) xidmət edib.

1967 – 1970-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I hospital terapiya kafedrasında assistent vəzifəsində çalışıb.

1970 – 1974-cü illərdə Azərbaycan LKGİ-nin sədri olub.

1974 – 1978-cu illərdə Azərbaycan KP MK-da işləyib, o cümlədən, 1976 – 1978-ci illərdə elm və təhsil müəssisələri şöbəsinin səhiyyə və sosial təminat sektorunun müdiri olub.

1978 – 1979-cu illərdə Azərbaycan SSR Səhiyyə nazirinin müavini və nazirliyin IV baş idarəsinin rəisi vəzifəsində çalışıb.

1979 – 1992-ci illərdə Azərbaycan SSRİ-nin (1991-ci ilədək) və Azərbaycan Respublikasının (1991-ci ildən) səhiyyə naziri olub.

1992 – 1993-cü illərdə Azərbaycanın Moskvadakı nümayəndəliyində ümumi məsələlər üzrə müşavir vəzifəsində çalışıb.

1992-ci ildən sonra heç yerdə işləməyib.

19781979

Şəxsi məlumatlar

19791991

Anası

Həyat yoldaşı

Təhsili

Atası

Vəfat yeri

Doğum yeri

Vəfat tarixi

Doğum tarixi

Xələfi

Sələfi

Azərbaycan SSR səhiyyə nazirinin müavini

Səidə Qasımova

Yuliya Qasımova

Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (1957 – 1963)

Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, klinik ordinatura (1965 – 1967)

Əli Qasımov

Bakı

SSRİ

27 fevral 1999 (60 yaşında)

Azərbaycan SSR,

Bakı,

4 avqust 1939

Azərbaycan SSR ləğv olunub

Hənifə Abdullayev

İctimai-siyasi fəaliyyəti[redaktə | əsas redaktə]

1957 – 1963-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alarkən institutun komsomol komitəsi katibinin müavini olub.

1965 – 1967-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I hospital terapiya kafedrasında assistent vəzifəsində çalışarkən isə institutun komsomol komitəsinin katibi olub.

1970-ci ildə Azərbaycan LKGİ MK-nın büro üzvü seçilib.

1980 – 1984 və 1985 – 1990-cı illərdə X və XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Elmi dərəcəsi

Mükafatları

tibb elmləri namizədi

Mükafatları[redaktə | əsas redaktə]

27 fevral 1999-cu il tarixdə – 60 yaşında, Bakıda vəfat edib.

    • Atası: Əli Qasımov, Nuxada anadan olmuşdur, 1941-ci ilədək Bakı şəhər səhiyyə idarəsində çalışıb, Bakıda tibb məktəbinin müdiri olub, 1941-ci ildə könüllü olaraq müharibəyə gedib, 1942-ci ildə itkin düşüb;

    • Anası: Səidə Qasımova (Əbdürəhmanova), görkəmli azərbaycanlı sovet heykəltəraş-monumentalisti Fuad Əbdürəhmanovun əmisi qızı, həkim, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda çalışıb, Nuxada anadan olmuşdur.

    • Bacısı: Rəna;

    • Həyat yoldaşı: Yuliya Qasımova;

    • Övladları: NərminəƏli Qasımov.

İstinadlar[redaktə | əsas redaktə]

Ədəbiyyat[redaktə | əsas redaktə]

  • Məmmədov Ə., Xalıqov F. Касумов Талят Али оглы // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 502. — Səh.: 305 – 306. — 1.000 nüsx.

  • Məmmədov N. Tələt Qasımov // Konsilium : jurnal. — 2009. — № 5 may. — Səh. 4 (3 – 15).

© 2019 – 2021 Şəki Ensiklopediyası

Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.