Rahim Namazov Fransa qəzetinə müsahibə verdi və Fransadan nə istədi?

Paylaşılma tarixi: Apr 03, 2018 6:1:0 PM

Le réfugié politique azéri blessé par balles à Colomiers dénonce "un attentat

(Kolomersdə güllələnmiş Azərbaycanlı siyasi qaçqın «siyasi hücumu» qınayır)

Fransada gündəlik 150 min tirajla nəşr olunan regional "Ladepeche" qəzeti 3 apreldə Rahim Namazovdan götürülmüş müsahibəni birinci səhifədə - baş məqalə olaraq yaymışdır.

"Siz indi nə istəyirsiniz?" sualına Rahim Namazov belə cavab vermişdir: "Mən Fransa prezidenti Emmanuel Makrona yalvarıram ki, mənə Fransa vətandaşlığı versin. Fransa arvadım Aidanın Azərbaycanda dəfn edilməsinə və başqa evdə yerləşməyimə, uşaqlarımın (16, 10 və 3 yaşlı) mənə qaytarılmasına köməklik etsin. Uşaqlarım sığınacağa yerləşdirilib və onların yerini məndən başqa heç kim bilmir."

Fransada arvadı ilə birlikdə güllələnmiş Rahim Namazov sağ-salamatdır...

Xəbər verildiyi kimi, Fransada ailəsi ilə məskunlaşmış azərbaycanlı Rahim Namazov və onun həyat yoldaşı bir neçə gün əvvəl eyni vaxtda silahlı hücuma məruz qalmış və hər ikisi naməlum şəxs tərəfindən güllələnərək yaralnmışdır (Bax: GÜLLƏLƏNMİŞ RAHİM NAMAZOV JURNALİSTDİR YA VOR-ZAKON? >>).

Bildirildi ki Rahim Namazovun həyat yoldaşı xəstəxanada dünyasını dəyişmişdir, özü isə ağır yaralıdır. Bu gün yayılan video-görüntülərdə isə onun sağlamlığının normal olduğu görünür.

Rahim Namazov Fransa polisinin suallarını cavablandırmış, ona qarşı Azərbaycandan rəsmən iddia olunan hansısa mafiya şəbəkəsinə üzvlüyünü inkar etmiş və həyatının təhlükə altında olduğunu vurğulamışdır.