Rəy sorğumuza görə seçicilərin 85 %-dən çoxu İlham Əliyevə səs vermək niyyətindədir

Paylaşılma tarixi: Apr 05, 2018 6:43:36 PM

"İpəkçi" qəzeti ənənəvi olaraq prezident seçkilərindən öncə rəy sorğusu keçirir. 11 aprel 2018-ci il tarixdə baş tutacaq növbəti prezident seçkisindən üç həftə əvvəl Facebok sosial şəbəkəsində başlatdığımız və seçkiyə bir həftə qalmış başa çatdırdığımız növbəti rəy sorğusunun nəticələrinə görə səsvermədə iştirak edəcək seçicilərin 85,1851 %-i İlham Əliyevə səs vermək niyyətindədir. 7,4074 % seçicinin səsini Sərdar Məmmədov təkbaşına, digər 7,4074 % seçicinin səsini isə yerdə qalan altı namizəd birlikdə toplayacaqlar.

Sorğuda iştirak etmiş opponentdən 63,513 %-i müxtəlif səbəblərdən seçkidə iştirak edə bilməyəcəyini bildirmişlər. Məlum olduğuna görə Azərbaycan Respublikası əhalisinin sayı 10 milyon nəfərə yaxındır. MSK-nın sədr müavini Natiq Məmmədovun mediaya açıqlamasına görə isə "dəqiqləşdirilmiş vahid seçici siyahısına əsasən Azərbaycanda 5 milyon 192 min 42 səsvermə hüququ olan şəxs var". Başqa sözlə, Azərbaycan əhalisindən 48 %-in səsvermə hüququ yoxdur.