Mirvari Qəhramanli: Səttar Mehbalıyev, Konfederasiyanın pulu, sənin dədəndən qalıb?! Sağlamlığa dəymiş ziyan, Konfederasiyanın yox, sənin pulundan ödənilməlidir!!!

Paylaşılma tarixi: Dec 28, 2013 6:54:44 AM

Səttar Mehbalıyev!! İnsanı ölümə təhrik etmə həddinə çatdırdın. İndi günahlarını pulla (qan pulu) yumaq istəyirsən?! Bu rüşvət deyil! Konfederasiyanın pulu, sənin dədəndən qalıb?! Sağlamlığa dəymiş ziyan, Konfederasiyanın yox, sənin pulundan ödənilməlidir!!! Bu şəxs qarşısında şəxsən sən günahkarsan. Bunu Həmkarlar İttifaqı haqqında qanun, Əmək və Mülki Məcəllə tələb edir. Bu pulun hesabatını necə verəcəksən? Nə cür əsaslandıracaqsan?

Haqqı pozulan minlərlə insandan yalnız biri öz haqqını bacardığı qədər,müdafiə etməyə cəhd etdi.Bəs başqaları? (Şəhid ailələri, Milli Qəhraman ailələri, məcburi köçkün və qaçqın ailələri, minlərlə haqqı pozulmuş işçilər və s.)

Zaman çoxdan sənin istefanı tələb edir. Arabanın beşinci təkərinə çevrilmiş (Azər müəllim demişkən) Konfederasiya buraxılıb, yeni müstəqil Konfederasiya yaradılmalıdır!!!!

Əlavə məlumt üçün bax: Zaurun intiharına səbəbkar Səttar Mehbalıyevdir! >>

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhramanli: