"Milli Net" adlandırılan saytlar müsabiqəsinin pərdəarxası məqamları

Paylaşılma tarixi: Dec 25, 2013 2:5:8 PM

24 dekabr tarixdə "Four Seasons" hotelində "MilliNet" adlandırılan saytlar müsabiqəsinin təqdimat mərasimi keçirildi. Azərbaycanda 5-ci dəfə təşkil olunmuş bu "müsabiqə"nin qaydaları kifayət qədər professional tərtib olunsa da əvvəlki illərdə olduğu kimi yenə də saytların qiymətləndirilməsi zamanı həmin qaydalara riayət olunmamışdır. Bu isə bizə əsas verir ki, "Milli Net" adlandırılan saytlar müsabiqəsini bu dəfə də fırıldaqçı "müsabiqə" hesab edək.

Belə "müsabiqə"lər Azərbaycanda internetin inkişafına ağır zərbə vurmaqdadır.

"Müsabiqə"nin gedişində əvvəlcə aşkar etdik ki, "Millinet"in "gül-bala"larından birinin 2011-ci ildə "müsabiqə"də qalib edilmiş az.salamnews.org/az saytı, qaydalara zidd olaraq bu dəfə yenidən müsabiqəyə qatılmışdır?! Bu barədə "Milli Net" adlandırılan saytlar müsabiqəsinin e-poçtuna yazdığımız məktubdan sonra həmin sayt "müsabiqə"dən çıxarıldı. Lakin saytların kateqoriyalarının düzgün seçilməməsi ilə bağlı müraciətlərimizə baxılmadı. Məsəllən, oyun saytı "Media və irformasiya" nominasiyasında yer aldı və s.

Nominantların sihahısı elan olunarkən isə məlum oldu ki "Bloqlar" nominasiyası üzrə nominant seçilmiş http://mobustan.com/ saytı borcdan bağlı imiş?! Bu sayt işləyəndə isə məlum oldu ki, ana səhifəsinin horizontal naviqasiya panelindəki keçidlərin bir çoxu işləmir (məsələn Ana səhifə / WinPhone / Oyun, Ana səhifə / Digər ƏS-ləri / Ubuntu ƏS, Ana səhifə / Digər ƏS-ləri / BlackBerry ƏS, Ana səhifə / Digər ƏS-ləri / Symbian ƏS, Ana səhifə / Digər ƏS-ləri / Bada ƏS, Ana səhifə / Development). "Münsiflər"in bu sayta nəyə görə səs vermələri isə müəmmalıdır...

“Müsabiqə"nin təşkilat komitəsi adından "Azadlıq" radiosu efirində çıxış edən Vaqif Qasımovadlı birisi isə iddia edirdi ki "internetin məqsədi ordan-burdan yazıları götürüb dərc etməkdir", biz müəllif hüquqlarını qorumağa borclu deyilik?! Sağlam təfəkkürə malik olmayan bu şəxs, öz məntiqsiz fikrinə haqq qazandırmaq üçün vikipedianı misal çəkir: "Onda, vikipedia resurs deyil, vikipedia məqalələri ordan-budan kopyələrdən ibarətdir", - deyir və hətta gülür də?! Nəyə güldüyünü biz bilmirik, amma bu videoya tamaşa edənlər, Vaqif müəllimin ağlına doyunca gülə bilərlər.

Bu adam həm də "Azadlıq" radiosu efirində etiraf etdi ki, bütün nominantları o seçirmiş, "müsabiqə" komissiyası-zadı isə yox imiş...

"Müsabiqə"ni qaydalarında göstərilmişdir ki,

“Ötən ildə olduğu kimi saytların qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan münsiflər heyəti aparacaq. Münsiflərə hər hansı aidiyyəti olan saytların Müsabiqədə iştirakına yol verilmir. Münsiflər heyətinin verdiyi səslər Müsabiqə başa çatdıqdan sonra geniş ictimaiyyət üçün açıqlanır və www.millinet.az saytında yerləşdirilir”.

Vaqif Qasımovdan qeyri "münsif" olmadığından, səsvermə cədvəlləri də düz 5 ildir ki ictimaiyyətdən gizli saxlanılır, ortaya çıxmır ki, çıxmır, halbuki, hər il bu cədvəlləri internetə yerləşdirəcəklərini vəd edirlər...

Vaqif Qasımov "Azadlıq"radiosu efirində daha bir fırıldaqçılığa yol verərək, guya bizim iradlarımızın, saytımızın nominant seçilməməsi ilə əlaqəli olduğunu iddia etmişdir?! Əslində isə biz heç vaxt saytımızla bağlı onlara heç bir müraciət etməmişik. O, həm də demişdir ki, “bu hazır saytdır, bir qalır məzmun, mən məzmuna nə qiymət verim?". Daha sonra isə AİF saytının hazır sayt olmasından söhbət düşəndə, öz əvvəlki fikrini təkzib edərək bildirmişdir ki, hazır sayt əslində onun özü kimi "geydirmə" veb-masterlərin yaratdığı saytdan daha professionaldır! Məlumat üçün əlavə edək ki, Vaqif Qasımov elə bir-iki gün əvvəl həm də wordpress bloq saytını - heç öz domeni də olmayan http://diqqetriyaziyyat.wordpress.com/ saytını, "Elm və təhsil" nominasiyası üzrə nominant "seçmiş"dir...

Qeyd: Mətnə yerləşdirilmiş şəkil bu səhifədən götürülmüşdür: >>