Məmməd Əfəndiyev

Paylaşılma tarixi: Aug 04, 2020 10:35:36 PM

Məmməd Əfəndiyev

Şəki Ensiklopediyası səhifəsi

Məmməd Əfəndiyev (1887–1977) — azərbaycanlı sovet riyaziyyatçı-pedaqoqu, professor, S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində fəaliyyət göstərmiş Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru. Tanınmış azərbaycanlı pedaqoq və yazıçı-dramaturq Rəşid bəy Əfəndiyevin oğludur.

Məmməd Əfəndiyev

Əfəndiyev Məmməd Rəşid bəy oğlu

Mündəricat

Məmməd Əfəndiyev, 1951-ci il.

Doğum tarixi

Doğum yeri

Vəfat tarixi

Vəfat yeri

5 oktyabr 1887

Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası,

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

Rusiya İmperiyası

1 iyun 1977 (89 yaşında)

Bakı,

Azərbaycan SSR,

1887-ci ildə Nuxada anadan olub.

1908-ci ildə Tiflisdə gimnaziyanı bitirib.

1908 – 1913-cü illərdə Sank-Peterburq İmperator Universitetinin(ru) mexanika-riyaziyyat fakültəsində təhsil alıb.

1913 – 1915-ci illərdə Qori seminariyasında müəllim,

1915 – 1920-ci illərdə isə Nuxada şəhər gimnaziyasında əvvəl müəllim, sonra isə müdir işləyib.

1920-ci ildə Bakıya – N.Nərimanovun təşəbbüsü ilə Bakıda təşkil olunmuş birillik kurslarda dərs deməyə dəvət olunur; bu kurslarda orta məktəblər üçün müəllimlər hazırlanırdı.

1921 − 1926-cı illərdə Ali Pedaqoji Kişi İnstitutunun əvvəl fizika-riyaziyyat fakültəsinin dekanı, sonra isə direktoru olub.

1930 − 1936-cı illərdə Pedaqoji İnstitutun riyaziyyat kafedrasının müdiri,

1941-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin riyazi təhlil kafedrasının müdiri işləyib.

1944-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində açılmış Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunub.

1 iyun 1977-ci ildə Bakı şəhərində vəfat edib.

1992-ci ildə Bakıda bir küçəyə onun adı verilib.

Mükafatları

Atası

Elmi adı

Milliyyəti

Elmi-pedaqoji fəaliyyəti[redaktə | əsas redaktə]

1933-cü ildə dosent,

1944-cü ildə professor elmi adını alıb.

Azərbaycan dilində terminologiya tərtib etmiş, Yaxın Şərqdə o vaxtadək istifadə edilməkdə olan riyazi işarə və formulları latınlaşdırmışdır. Bir sıra riyaziyyat dərsliklərinin, o cümlədən, “Sadə diferensial tənliklər” dərsliyinin (1950) müəllifidir.

1941 – 1956-cı illərdə Azərbaycan Riyaziyyat Cəmiyyətinin sədri olub.

Məmməd bəy Əfəndiyev tələbə uniformasında, 1911-ci il.

Təltif və mükafatları[redaktə | əsas redaktə]

Ədəbiyyat[redaktə | əsas redaktə]

Rəşid bəy Əfəndiyevin ailə üzvləri; soldan: 1) Mahtaban xanım, 2) Cəmilə xanım, 3) Məmməd Əfəndiyev, 4) Naimə xanım, 5) Maral xanım. Arxada: İzzət Nəbiyev.

  1. Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Məmməd // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 502. — Səh.: 153-154. — 1.000 nüsx.

  2. ƏFƏNDİYEV Mәmmәd Rәşid oğlu // Azərbaycan Milli Ensiklopediyası : [25 cilddə]. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2015. — VI cild. — Səhifələrin sayı: 608. — Səh.: ?. — ISBN 978-9952-441-11-6.