İsfəndiyar Vahabzadə

Paylaşılma tarixi: Jan 21, 2021 3:29:6 PM

Şəki Ensiklopediyası səhifəsi

İsfəndiyar Vahabzadə — Azərbaycan diplomatı və dövlət xadimi, müxtəlif illərdə bir sıra ölkələrdə Azərbaycan Respublikasının səfiri olmuş, 1994 − 1997-ci illərdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini vəzifəsində çalışmışdır. Filologiya elmləri doktoru və professordur, həmçinin, Moldova Respublikası Elmlər Akademiyasının həqiqi üzvüdür. Görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin oğludur.

Vahabzadə İsfəndiyar Bəxtiyar oğlu

İsfəndiyar Vahabzadə

Mündəricat

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

4 avqust 1954-cü il tarixdə Bakıda anadan olub.

1971 − 1976-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində,

1986 − 1988-ci illərdə Azərbaycan KP MK yanında Bakı Ali Partiya Məktəbində,

1994-cü ildə Türkiyə Respublikasındakı diplomatik kurslarda təhsil alıb.

İsfəndiyar Vahabzadə.

Doğum yeri

Atası

Vətəndaşlıq

Peşələri

Doğum tarixi

Azərbaycan SSR,

Bakı

4 avqust 1954 (66 yaş)

Əmək fəaliyyəti[redaktə | əsas redaktə]

1976 − 1979-cu illərdə İran hərbi zavodlarında tərcüməçi işləyib.

1979 − 1983-cü illərdə Azərbaycan LKGİ MK-da referent,

1983 − 1985-ci illərdə Əfqanıstanda hərbi tərcüməçi,

1985 − 1986-cı illərdə Azərbaycan LKGİ MK-da baş referent,

1988 − 1990-cı illərdə Azərbaycan KP MK Bakı şəhər Partiya Komitəsinin təşkilat işi şöbəsində təlimatçı,

1990 − 1991-ci illərdə isə Bakı şəhər 26 Bakı komissarı rayonunun icraiyyə komitəsinin sədri,

1991 − 1994-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri,

1994 − 1997-ci illərdə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini,

1997 − 1999-cu illərdə Pakistan İslam Respublikasında Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri,

1999 − 2002-ci illərdə Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsində və digər beynəlxalq təşkilatlardakı səlahiyyətli nümayəndəsi,

2002 − 2004-cü illərdə Azərbaycan Dillər Universitetinin və Ali Diplomatiya Kollecində müəllim,

2004 − 2005-ci illərdə Azərbaycan Respublikası Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini,

2005 − 2011-ci illərdə Azərbaycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri,

2011 − 2017-ci illərdə Azərbaycan Respublikasının Belarus Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olub.

Filologiya elmləri doktoru, professor və Moldova Respublikası Elmlər Akademiyasının həqiqi üzvüdür.

Azərbaycan və Belarus yazıçılar birliyinin, Belarus Jurnalistlər İttifaqının üzvüdür. Belarus yazıçılar ittifaqının “Qızıl Qələm” ordeni ilə təltif edilib. Fars, dari, türk və rus dillərini bilir.

Ədəbiyyat[redaktə | əsas redaktə]

Məmmədov Ə., Xalıqov F. Vahabzadə İsfəndiyar // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 502. — Səh.: 553 − 555. — 1.000 nüsx.

Mükafatları

Təhsili

İxtisası

Milliyyəti

Belarus Yazıçılar İttifaqının “Qızıl Qələm” mükafatı

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, şərqşünaslıq fakültəsi (1971 − 1976)

Azərbaycan KP MK yanında Bakı Ali Partiya Məktəbi (1986 − 1988)

şərqşünas

SSRİ→ Azərbaycan

şərqşünas,

filoloq

diplomat

© 2019 – 2021 Şəki Ensiklopediyası

Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.