Hikmət Ziya

Paylaşılma tarixi: Jan 21, 2021 4:22:47 PM

Şəki Ensiklopediyası səhifəsi

Hikmət Ziya (Əfəndiyev Hikmət Ziya oğlu; 1929–1995) — şair, tərcüməçi, jurnalist, Azərbaycan SSR əməkdar incəsənət xadimi.

Hikmət Ziya

Əfəndiyev Hikmət Ziya oğlu

Mündəricat

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

Hikmət Ziya

13 may 1929-cu il tarixdə Nuxada anadan olub.

Doğum tarixi

13 may 1929

Azərbaycan SSR,

Ağdam şəhərində 1 saylı orta məktəbi bitirib.

1947 – 1952-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb.

Vəfatı

Vəfat yeri

Vətəndaşlığı

Təhsili

Mükafatları

Azərbaycan SSR,

2 avqust 1995 (66 yaşında)

Bakı,

ZSFSR, SSRİ

Əmək fəaliyyəti[redaktə | əsas redaktə]

SSRİ

1952 – 1969-cu illərdə “Azərbaycan pioneri” qəzetinin redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri,

1969 – 1984-cı illərdə “Göyərçin” jurnalının redaksiyasında poeziya şöbəsinin müdiri,

1984-cü ildə “Göyərçin” jurnalının redaksiyasında məsul katib vəzifəsində işləyib.

SSRİ→ Azərbaycan

S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, filologiya fakültəsi, jurnalistika şöbəsi (1947–1952)

Ədəbi yaradıcılığı[redaktə | əsas redaktə]

1952-ci ildə “Azərbaycan pioneri” qəzetində çap edilən “Qeqola” adlı ilk şeiri ilə ədəbi yaradıcılığa başlayıb.

Sonra dövri-mətbuatda vaxtaşırı çıxış edib.

İlk satirik şeirləri, eyni zamanda “Atamın hədiyyəsi” (1957), “Bahar gözəldir, ya qış?” (1959), “Milçək ürəyi” (1960) kitabları “Hikmət Əfəndiyev” adı ilə ilə çap olunub.

“Sınaq”, “Ekiz qardaşlar” pyesləri tamaşaya qoyulmuş, librettolarına (“Nənəmin nağılı”, “İkilərin sərgüzəştləri”, “Solğun çiçəklər”) və şeirlərinə musiqi bəstələnib.

Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunub. O, özü də bədii tərcümə ilə məşğul olub, başqa dillərdəki bədii ədəbiyyatı azərbaycan dilinə tərcümə edib. “Mozalan” satirik kino-jurnalı bədii şurasının, Ümumittifaq Uşaq və Gənclər Ədəbiyyatı Şurasının, “Azərbaycan pioneri” və “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin üzvü olub.

Kitabları[redaktə | əsas redaktə]

Kitabları

Göstər

Tərcümələri[redaktə | əsas redaktə]

    1. İ.A.Krılov. Təmsillər. Bakı: Gənclik, 1982, 80 səh. (ruscadan)

Filmoqrafiya[redaktə | əsas redaktə]

  1. Əli Bayramlı (film, 1971)(I)

  2. Azərbaycan qadını (film, 1974)

  3. Qərib cinlər diyarında (film, 1977)

  4. Dəcəl dovşan (film, 1981)

Təltif və mükafatları[redaktə | əsas redaktə]

Babası Abdulla bəy Əfəndizadə pedaqoq idi və Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü olmuşdur (görkəmli Azərbaycan maarifçisi Rəşid bəy Əfəndiyevin qardaşıdır).

Atası Ziya Əfəndiyev də pedaqoq olmuş, Nuxa, Zaqatala və Ağdamda müəllim işləyib.

Nəvəsi Ceyhun Əfəndi iş adamı, “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidentidir.

2 avqust 1995-ci il tarixdə – 66 yaşında, Bakıda vəfat edib.

Ədəbiyyat[redaktə | əsas redaktə]

  1. Məmmədov Ə., Xalıqov F. Əfəndiyev Hikmət Ziya oğlu (Hikmət Ziya) // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I cild. — Səhifələrin sayı: 502. — Səh.: 163 – 166. — 1.000 nüsx.

  2. Abdullayeva S. Azərbaycanın dövlətçilik və mədəniyyət tarixində Şəkinin yeri və rolu // 525-ci qəzet. — Bakı, 2015. — В. 16 aprel. — Səh. 6. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 15 mart 2018.

  3. "Hikmət Ziya". http://portal.azertag.az/ (azərb.). Uşaq Bilik Portalı (AZƏRTAC). 22.02.2019. 08.08.2019 tarixində arxivləşdirilib.

© 2019 – 2021 Şəki Ensiklopediyası

Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.