Cüdo üzrə Bakı Şəhər Açıq Birinciliyində şəkili cüdoçu 2-ci yeri tutdu

Paylaşılma tarixi: Feb 02, 2014 11:47:29 PM

Maraqlıdır ki, Azərbaycanda idman xəbərləri yaymaq üzrə ixtisaslaşmış xeyli KİV olsa da fevralın 1-i və 2-si Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilmiş Cüdo üzrə Bakı Şəhər Açıq Birinciliyi barədə xəbəri ilk olaraq biz - "İpəkçi" qəzetinin saytı, yaymış olduq.

Fevralın 1-i və 2-si Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən təşkil olunmuş Cüdo üzrə Bakı Şəhər Açıq Birinciliyində şəkili cüdoçu qız Səkinə Məmmədova da iştirak etmiş və 2-ci yeri tutmuşdur. Şəkidə idmanın cüdo növü üzrə komandanın və komandaya sponsorun olmaması səbəbindən, o, bu dəfə birincilikdə Tovuz rayonunu təmsil edirdi...