Bakıda hər 100 ailəyə 116 avtomobil düşürmış?!

Paylaşılma tarixi: Dec 31, 2013 2:36:23 PM

Azərbaycanda avtomobillərin sayının kəskin artması şəxsi avtomobili olan ailələrin sayının da ciddi surətdə artımına səbəb olub.

Son məlumatlara görə, son 10 ildə ölkədə şəxsi avtomobili olan ailələrin sayı 2,5 dəfə artıb. Belə ki, 2002-ci ilin sonunda ölkədə hər 100 ailədən 19-nun şəxsi avtomobili vardısa, indi 100 ailədən 46-da avtomobil var.

Virtualaz.org yerli mediaya istinadən hər 100 ailəyə düşən şəxsi avtomobillərin sayını (2002-2012-ci illər) təqdim edir.

Respublikanın bölgələrində şəxsi avtomobili olan ailələrin sayı da bu sürətlə olmasa da, yüksələn templə artıb. Belə ki, 2002-ci ildə respublikanın regionlarında hər 100 ailəyə orta hesabla təqribən 16 avtomobil düşürdüsə, hazırda bu göstərici 23-dür. Başqa sözlə, son 10 ildə 100 ailəyə düşən avtomobillərin sayı 44% artıb. Təbii ki, ailə başına şəxsi avtomobillərin olması üzrə ən yüksək göstərici Bakıdadır. Burada hər 100 ailəyə 116 avtomobil düşür. Son 10 ildə paytaxtda şəxsi avtomobili olan ailələrin sayı 4 dəfədən çox artaraq 27-dən 116-ya çatıb. Burada iki və daha artıq avtomobili olan ailələrin sayı digər bölgələrə nisbətən xeyli artıqdır.

Ayrı-ayrı bölgələr üzrə götürəndə hər 100 ailəyə düşən avtomobillərin sayına görə ən yüksək göstəricilər Gəncə, Şəmkir, Sumqayıt, Göygöl və Qazaxdadır.

Qeyd edək ki, ailə başına düşən şəxsi avtomobillərin sayı həyat şəraitinin mühüm göstəricilərindən sayılır. Bu göstərici ilə bağlı ən maraqlı cəhətlərdən biri ölkənin ayrı-ayrı bölgələrinin avtomobillərin sayına görə iri şəhərləri geridə qoymasıdır. Özü də bu həm şəxsə görə avtomobillərin ümumi sayında, həm də ailə başına düşən avtomobil sayında görünür. Bura Şəmkir, Masallı, Cəlilabad, Tovuz və digər bölgələri misal göstərmək olar.

Hər 100 ailəyə düşən şəxsi avtomobillərin ən çox olduğu bölgələr: