Azərbaycanda həqiqi orta əməkhaqqı nə qədərdir?

Paylaşılma tarixi: Dec 29, 2015 1:52:11 PM

Son rəsmi statistik göstəricilərə görə 2015-ci ilin yanvar-oktyabr ayları üçün orta əməkhaqqı guya 462 mantat olub?! Təbii ki bu Dövlət Statistika Komitəsin növbəti saxtakarlığından başqa bir şey deyil və bunun doğru olmadığını biz çox asanlıqla sübut edə bilərik.Dövlət Statistika Komitəsin rəsmi açıqlamasına görə 2015-ci ilin yanvar-oktyabr ayları üçün Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 504,7 min nəfər olub (Dövlət Statistika Komitəsinin ötən ilin oktyabr ayında olan məlumatında da maaşlı işçilərin sayı: 1 507,4 min idi (2,7 min nəfər azalma)). Bunun 877,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 626,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

İndi isə keçək Dövlət Sosial Müdafiə Fondunun 2015-ci ilinyanvar-mart ayları üzrə hesabatına: Büdcə təşkilatlarından 2015-ci ilin birinci kvartalında 136, 88 mln manat, qeyri-büdcə təşkilatlarından isə 240, 68 mln manat - cəmi 377,56 mln manat məbləğində Dövlət Sosial Müdafiə Fonduna pul köçürülmüşdür. Bu ədədləri 3-ə bölərək aylıq göstəricini tapa bilərik:

Deməli, 45, 625 mln manat+80,226 mln manat=125,853 mln manat.

Bu ədədləri indi 4-ə vursaq ilin birinci kvartalda işçilərə ödənilmiş aylıq əməkhaqqının məbləğini tapmış ola bilərik - çünki, hər işçinin aylıq əməkhaqqının 25 %-i məbləğində Dövlət Sosial Müdafiə Fonduna köçürülür:

182,5 mln manat + 320, 904 mln manat =503,412 mln manat.

İndi isə aylıq maaşların məbləğini maaş alanların sayına bölək:

182 500 000 manat : 877 900 nəfər = 207 manat 88 qəpik - dövlət sektorunda işləyənlərin aylıq orta əməkhaqqı;

320 904 000 manat : 626 800 nəfər = 511 manat 97 qəpik - qeyri-dövlət sektorunda işləyənlərin aylıq orta əməkhaqqı;

503 412 000 manat : 1 504 700 = 333 manat 55 qəpik - Azərbaycan üzrə aylıq orta əməkhaqqı.

Aydın Məmmədov

İstifadə edilmiş mənbələr:

1. Qafqazda ən aşağı orta aylıq maaş Azərbaycandadır...

2. 2015-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin icrası barədə ilkin MƏLUMAT

Həmçinin, bax: Ölkə üzrə orta aylıq əmək haqqının məbləği açıqlandı: Aldadıcı statistika...