Astara rayonunda bəzi kümdarlar 1 qutu qurd toxumundan 80 kq məhsul əldə ediblər, amma...

Paylaşılma tarixi: Jun 20, 2018 12:19:4 PM

Respublikanın ən cənubunda yerləşən Astara rayonunda uzun illər fasilədən sonra ilk dəfə olaraq məhz bu il baramaçılıq bərpa edilmiş - rayon üzrə 52 qutu qurd toxumu paylanılmış və 2 ton məhsul əldə edilməsi planlaşdırılmışdı.

18 iyun tarixdə Astara kümdarları ilk olaraq 197 kq yaş baramanı "Azəripək" MMC-nin nümayəndələrinə təhvil veriblər. Bu gün - 20 iyun tarixdə isə 500 kq-dan çox barama təhvil verməyə hazırlaşırlar.

Astara rayon kənd təsərrüfatı idarəsindən "İpəkçi"yə bildirildi ki bu hələ son deyil, lakin rayon üzrə ümuni nəticə təəssüflər olsun ki, nəzərdə tutulmuş 2 tona çatmayacaq.

Belə ki cari barama mövsündə havaların yağışlı keçməsi bəzi hallarda qurdların tələf olması ilə nəticələnib. Bəzən isə kümdarlar təcrübəsizliyə yol vermiş, nəticədə qurdları məhv olmuşdur.

Məhsuldarlıqla bağlı sualımıza rayon kənd təsərrüfatı idarəsindən cavab olaraq bildirildi ki, "elə yer var ki, 1 qutudan 80 kq, elə yer var ki, 20 kq məhsul əldə olunub". Bundan başqa əlavə olaraq vurğulandı ki, "Astara baramaçılıq üçün heç də münasib yer deyil, baramaçılıqla bağlı olaraq ipəkqurdu kəpənəklərinin burada yayılması təhlükəsi də var, bu isə rayonda ənənəvi olaraq yetişdirilən sitrus bitkilərinə böyük ziyan vura bilər".

Aydın Məmmədov

Qeyd: Fotoşəkil AZƏRTAC-ındır.

Barama tədarükünə yeni başlayan rayonlardan biri isə Astaradır.

Bəzi rayonlarda barama tədarükü artıq başa çatıb, bəzi rayonlarda isə hələ təzəlikcə başlayıb.

Respublikada yaş barama tədarükü rəsmi mənbələrə görə 500 tona yaxınlaşmaq üzrədir.

Bu il bütün ölkə üzrə 13 min qutu qurd toxumu paylanıldığını və hər qutudan da orta hesabla 40 kq məhsul əldə edilməsinin mümkünlüyünü nəzərə alsaq yaş barama tədarükü 520 tona çata bilərdi. Lakin rəsmi bəyanatlarda hədəf bir qədər az, 500 ton olaraq, bəzən isə 450-500 ton olaraq götürülmüşdü.