Aslan İsmayılov özünü yandırmış Zaur Həsənovun məhkəmə çəkişmələri ilə bağlı sənədləri yaydı

Paylaşılma tarixi: Dec 31, 2013 9:23:8 AM

Hüquqşünas Aslan İsmayılov öz Feysbuk səhifəsində Zaur Həsənovun məhkəmə çəkişmələri ilə bağlı sənədləri yerləşdirmişdir. Aslan İsmayılov həm də əlavə olaraq o, izahat verir ki,

"Azərbaycan hakimiyyətində hamı yalan danışır, o cümlədən Ali Məhkəmə. Zaur Həsənov faciəsindən dərhal sonra Ramiz Rzayevin Ali Məhkəməsi bir neçə dəfə bu işə heç vaxt baxmadıqlarını bəyan etdi. Sizə Ali Məhkəmənin Zaur Həsənovla bağlı 12 yanvar 2011-ci il tarixli, iş No 2-1(102)-56/11 QƏRARInı təqdim edirəm."

Kiçik formatda olan həmin 5 səhifəlik sənədi biz bu səhifəyə əlavə etdik (1>> 2>> 3>> 4>> 5 >> ) , yükləyə bilərsiniz.

Yeri gəlmişkən Aslan İsmayılovun Feysbuk səhifəsi vasitəsilə ona bir sorğu da göndərdik ki, Zaur Həsənovun özünü yandırması ilə bağlı 125-ci, özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılmışdır, ya yox?

Əgər 125-ci maddə ilə cinayət işi açılmamışdırsa, bu artıq Zaur Həsənovu intihara vadar edən şəxslərin cinayət məsuliyyətindən yayındırılması deməkdir...

Hüquqşünas Aslan İsmayılov bildirdi ki, Zaur Həsənovun özünü yandırması ilə bağlı 125-ci, özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi hələ də açılmayıb!!!

Yanvarın 1-də sualımızı cavablandıran Aslan İsmayılov Zaur Həsənovun özünü yandırması ilə bağlı 125-ci, özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işinin açılmadığını bildirdi. Əlavə olaraq həm də izah etdi ki, "Ailənin tələb etməsinə ehtiyac yoxdur. Cəmiyyət tələb etsə açarlar", yəni 125-ci, özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işinin açılması, yalnız mərhumun ailəsinin tələbi ilə yox, həm də cəmiyyətin tələbi ilə baş tuta bilər.