28 aprel tarixində, saat 15:30-da Şəki şəhərindəki qalada Şəkinin 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə bağlı təntənəli tədbirlərə start veriləcək...

Paylaşılma tarixi: Apr 27, 2016 1:7:14 PM

Qalada Şərq bazarı, sərgilər, satış yarmarkaları təşkil olunacaq. Folklor və musiqi kollektivləri, el sənətkarları çıxış edəcək. Ləziz Şəki mətbəxi nümayiş olunacaq...

18:00 radələrində isə qalanın qarşısındakı 600 yerlik amfiteatrda tədbirin rəsmi açılışı mərasimi keçiriləcəkdir. Açılışda TÜRKSOY ölkələrinin folklor qrupları, ölkəmizin tanınmış incəsənət xadimləri çıxış edəcək. Tədbirdə həmçinin TÜRKSOY-a üzv olan ölkələrin mətbuat nümayəndələrinin mükafatlandırılması mərasimi keçiriləcək. Çoxsaylı yerli və xarici qonaqların iştirak edəcəyi tədbirdə unikal Azərbaycan mədəniyyəti, Şəkinin əsrarəngiz təbiəti, tarixi abidələri təbliğ olunacaq.

Həmçinin, bax: Şəkinin Türk dünyasının paytaxtı elan edilməsi məsələsi Ankarada müzakirə edilərlən (Şəkildə: A.Məmmədov, K.Kunıpiaoğlu, D.Kaseinov, B.Saterşinov... )