2015-ci il üçün Şəkidə nəqliyyat və rabitənin işi haqqında

Paylaşılma tarixi: May 10, 2016 2:47:8 AM

Şəki rayonunda əhaliyə 38 elektron sistemli ATS və 38 poçt şöbəsi xidmət göstərir. Bunlardan da 4 ATS və 8 poçt şöbəsi şəhərdə, 34 ATS və 30 poçt şöbələri kəndlərdədir. ATS-in ümumi tutumu 26156 ədəddir (şəhərdə 15107 ədəd, kənddə 11049 ədəd). Hesabat dövründə 290 ədəd telefon çəkilişi olmuşdur. Rayonda 8917 internet – ADSL, 8 peyk rabitəsi, 1300 SDMA abunəçisi vardır.

Müddət ərzində cəmi telefon danışıqlarının sayı 1999 min danışıq olmuşdur ki, bunun da 627,1 mini respublika daxili, 42,6 mini beynəlxalq danışıqlardır, mobil telefon şəbəkəsinə çıxışların sayı isə 1329,3 min ədəd olmuşdur.

Əhaliyə göstərilən rabitə xidmətinin əsas göstəriciləri aşağıdakı kimidir

Rabitə

2015-ci ilin 9 ayı ərzində Şəki rayonu üzrə cəmi 1729,8 min manatlıq rabitə və informasiya xidməti göstərilmişdir ki, bunun da 1675,4 min manatı Şəki Telekommunikasiya Qovşağının, 54,4 min manatı informasiya xidmətlərinin payına düşür.

Rabitə və informasiya sahəsi üzrə ümumi məhsul buraxılışı aşağıdakı kimidir.

Ölkələr, şəhərlər arasında iqtisadi və sosial əlaqələrin qurulmasında və inkişafında, xam və ya istehsal olunmuş məhsulların daşınmasında və nəqlində nəqliyyat sisteminin rolu əvəzedilməzdir.

Ölkə iqtisadiyyatının əsas infrastrukturlarından biri olan nəqliyyat sektorunun dayanıqlı inkişaf davam edir. Əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də nəqliyyat sektoruna investisiyaların yönəldilməsi, nəqliyyatın hərəkət heyətinin yeniləşməsi, yeni avtomobil yollarının çəkilişi, yenidənqurulması və s. işlər davam etdirilmiş, həyata keçirilmiş, transmilli layihələr sahənin inkişafına öz müsbət təsirini göstərmişdir.

Nəqliyyat sistemi ölkə iqtisadiyyatının ən mühüm sahələrindən biridir. O ölkənin iqtisadi inkişafını və əhalinin sosial rifahını xarakterizə edən sahələrdən biri olmaqla, fəaliyyəti ilbəil artmaqdadır.

Rayonda əhaliyə 3 nəqliyyat müəssisəsi və “Şəki-Avtovağzal” ATSC-si xidmət edir.

2015-ci il ərzində nəqliyyat sektoru üzrə faktiki qiymətlərlə məhsul buraxılışının həcmi 5820,4 min manat olmuşdur.

Hesabat dövründə nəqliyyat və anbar təsərrüfatı üzrə əhaliyə cəmi 6299,5 min manatlıq nəqliyyat xidməti göstərilmişdir ki, bunun da 1009,3 min manatı nəqliyyat və anbar təsərrüfatı müəssisələrinin, 5290,2 min manatı isə fiziki şəxslərin payına düşür.

Müddət ərzində “Şəki-Sərnişin” ATSC-e tərəfindən 46,4 min sərnişin daşınmış, sərnişin daşınmadan əldə olunan gəlir isə 36,5 min manat olmuşdur.

Daşınmış sərnişinlərin 16,1 mini şəhərlərarası , 29,8 mini şəhərətrafı və şəhər daxili daşımalar təşkil etmişdir.

Müddət ərzində şəhər-rayon daxili sərnişin daşıma fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən 23000 min sərnişin, 1657 min ton yük daşınmışdır ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1464 min sərnişin, 95 min ton yük çoxdur.

Müddət ərzində nəqliyyat anbar təsərrüfatı, rabitə və informasiya sistemində çalışan işçilərin orta isçi sayı 390 nəfər¸ orta aylıq əmək haqqı 240,4 manat olmuşdur.

R.Rəhimli,

Şəki Statistika idarəsinin məsləhətçisi