11 aprel prezident seçkisi - rəy sorğumuz və exit-polların nəticələri

Paylaşılma tarixi: Apr 12, 2018 12:57:9 AM

Seçki ərəfəsində "İpəkçi" qəzeti də rəy sorğusu keçirmişdir.

Səsvermə saat 19:00-da başa çatıb.

Prezident seçkisində “exit-poll” keçirdiklərini bildirilən qurumlar da öz növbələrində nəticələri açıqlayıblar

Azərbaycanda keçirilən prezident seçkisində seçici fəallığı ilə bağlı ilkin yekun nəticə açıqlanıb. MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, saat 19:00-a qədər 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfəri səs verib. Onun vurğulamasına görə, seçkidə 74,51 faiz seçici iştirak edib. Bu Azərbaycan əhalisinin 39,5 faizi deməkdir.