Əsgər Xəlilov

Paylaşılma tarixi: Aug 04, 2020 10:32:14 PM

Şəki Ensiklopediyası səhifəsi

Əsgər Xəlilov — Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı; 1992-ci ildən Azərbaycan Respublikası Sərhəd Qoşunlarında/Sərhəd mühafizə orqanlarında xidmət etmiş, 2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini olmuşdur.

Əsgər Xəlilov

Mündəricat

Xəlilov Əsgər Sabir oğlu

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

Əsgər Xəlilov

1955-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olub.

Doğum yeri

Vətəndaşlıq

Təhsili

Doğum tarixi

Azərbaycan SSR,

4 may 1955 (65 yaş)

SSRİ

1972-ci ildə Şəki şəhər 8 saylı orta məktəbini bitirib.

1972 – 1976-cı illərdə Moskva Ali Sərhədçilər Məktəbində,

1978 – 1980-ci illərdə isə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali Məktəbində (Moskva) təhsil alıb.

SSRİ→ Azərbaycan

Moskva Ali Sərhədçilər Məktəbi (1972–1976)

SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali Məktəbi (1978–1980)

Xidməti fəaliyyəti[redaktə | əsas redaktə]

Hərbi fəaliyyəti

Rütbə

Vəzifəsi

1976-cı ildə SSRİ sərhəd zastavasında xidmətə başlayıb, sonra isə Sərhəd Qoşunları kəşfiyyat orqanlarında xidmətini davam etdirib.

1986-cı ildə Bakı Əlahiddə Buraxılış Məntəqəsi rəisinin müavini vəzifəsinə təyin olunub.

1988 – 1992-ci illərdə Bakı Əlahiddə Buraxılış Məntəqəsinin rəisi vəzifəsində çalışıb.

1992 – 2009-cu illərdə Azərbaycan Respublikası Sərhəd Qoşunlarında/Sərhəd mühafizə orqanlarında müxtəlif vəzifələr tutub.

2009-cu ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə təyin olunub.

2017 – 2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət rəisinin müavini olub.

27 fevral 2020-ci il hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılıb.

Hərbi rütbəsi[redaktə | əsas redaktə]

    • General-mayor (2009);

    • General-leytenant (2018).

Təltif və mükafatları[redaktə | əsas redaktə]

Ümumilikdə Azərbaycan Respublikası və MDB ölkələrinin 36 orden və medalı ilə təltif olunub. O cümlədən,

Ədəbiyyat[redaktə | əsas redaktə]

Təltifləri

İstefada

27 fevral 2020

General-leytenant

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı (2017–2020 )

© 2019 – 2021 Şəki Ensiklopediyası

Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.