Şəkinin veb-ensiklopediyasının təqdimat mərasimi 1 dekabr 2013-cü il tarixində “Sheki Palace” otelində keçiriləcəkdir

Paylaşılma tarixi: Nov 24, 2013 11:48:31 PM

Yeri gəlmişkən, əlavə edək ki, Şəkinin veb-ensiklopediyası www.sheki.tv, www.sheki.biz www.sheki.name ünvanlarında fəaliyyət göstərəcəkdir. Veb-ensiklopediyanın Feysbuk sosial şəbəkəsində də səhifəsi var.

"Hədəf" veb-studiyası ilə "S Group" Reklam və Dizayn Xidmətlərinin birgə proyekti olan Şəkinin veb-ensiklopediyasının təqdimat mərasimi 1 dekabr 2013 cü il tarixində “Sheki Palace” otelində təşkil olunacaqdır. Veb-ensiklopediyanın yaradılmasında əsas məqsəd Azərbaycanın qədim diyarı olan Şəkiyə dair əhəmiyyətli məlumatları, o cümlədən burada dünyaya göz açmış, fəaliyyət göstərmiş görkəmli şəxslər haqqında məlumatları toplamaq və internetə yerləşdirməkdir.

Təqdimat mərasiminin “Kanal S” yerli televiziya kanalı vasitəsi ilə yayımlanması, mərasiminin sonunda isə Şəkinin veb-ensiklopediyasına mənəvi dəstək olmuş şəxslərin veb-ensiklopediyanın təsisçiləri və redaksiya heyəti üzvləri tərəfindən mükafatlandırılması nəzərdə tutulur.