Şəki regional poçt filialın rəisi İsmayıl İmanov müəmmalı şəkildə vəzifəsindən azad edildi

Paylaşılma tarixi: Jul 03, 2012 4:39:0 PM

Şəki Regional poçt filialın rəisi İsmayıl İmanov müəmmalı şəkildə vəzifəsindən azad edilib. Məlumata görə o, bir müddət əvvəl Səbuhi Rafiq oğlu Mustafazadə adlı bir nəfəri poçt maliyyə xidməti üzrə mühəndis vəzifəsinə işə götürübmüş. Həmin şəxs 2002-2006-cı illərdə Beynəlxalq Universitdə təhsil alıb. Sonra isə yalnız kiçik bir müəssisədə cəmi 1,5 ay işləyib. Sınaq müddətində Səbuhi üzünü doğrulda bilməyib. Baş idarədən gəlmiş komissiya onun işini və biliyini mənfi qiymətləndirib və o, işdən azad edilir. Həm də aşkar olunur ki onun təqdim etdiyi Əmək kitabçası da saxta imiş. Lakin Səbuhi Rafiq oğlu Mustafazadənin "day-dayı"sı yüksək bir vəzifədə işləyirmiş və bundan sonra isə Şəki Regional poçt filialın rəisi İsmayıl İmanov da vəzifəsinən azad edilir.

Şəkildə: Şəki Regional poçt filialın sabiq rəisi İsmayıl İmanov.