Şəki qaz istismarı sahəsinin 38 işçisi ixtisara düşdü

Paylaşılma tarixi: Feb 11, 2014 2:22:56 PM

Dövlət Neft Şirkətindəki ixtisarlar regionları da əhatə etməyə başlamışdır. Artıq məlum olub ki, Şəki qaz istismarı sahəsinin 38 nəzarətçisi də ixtisara düşmüşdür. Onları Zaqataladakı regional idarəyə dəvət edib ixtisara düşdüklərini bildiriblər.

Maraqlıdır ki, regionun ən böyük şəhəri Şəki olduğu halda və ən çox qaz abonentinin də burada olduğu halda, qaz istismarı üzrə regional idarə Zaqataladadır. Elektrik paylanması üzrə regional idarə isə 1 ay ərzində Şəkidən Zaqatalaya köçürüləcəkdir.

Məlumat üçün əlavə edək ki, Şəki şəhərinin 65 minə yaxın sakini var, lakin Səhiyyə Nazirliyinin regional Müalicə Diaqnostika Mərkəzi də əhalisi 20 minə çatmayan Zaqatala şəhərində istifadəyə verlmişdir.

Bildiyiniz kimi Şəki şəhəri vaxtilə dünyanın ən böyük ipək sənayesi mərkəzi idi. 20-ci əsrin 90-cı illərinin əvvəlində burada 4 min nəfər fəhlə barama emalı ilə məşğul olurdu. Lakin hal-hazırda Azərbaycanda barama yetişdirilməsi işi ilə demək olar ki indi heç kim məşğul olmur. Ötən il biabırçı həddə, cəmi 1, 2 ton quru barama istehsal olunmuşdur.

Oliqarxlar Şəkidə sənayeni qəsdən iflic vəziyyətinə salmaqla yanaşı, ötən əsrin 20-ci illərindən burada mövcud olmuş və 2002-ci ildə yenidən qurulmuş Şəki aeroportunun fəaliyyətinə imkan verirlər, əvəzində Zaqatala və Qəbələ şəhərlərində yeni aeroportlar açmışlar.