Şəki Mərkəzi xəstəxanasında 97 həkim yeri boşdur, amma...

Paylaşılma tarixi: Jan 20, 2016 5:26:1 PM

Yanvarın 2-də KİV-də yayılmış Sabirabad rayonu, pambıqçılıq üzrə fermer təsərrüfatının başçısı Əfras Əsgərovun Prezidentə ünvanlanmış məktubunda vurğulanırdı ki,

"Ötən ilin iyun ayında siz bir sıra şirkətlərin, o cümlədən “ÇTC - Aqro” MMC şirkətinin idarəçiliyini “Aqrokredit” təşkilatına həvalə etməklə bağlı sərəncam verdiniz. O zaman hamımızda artıq hər şeyin yoluna qoyulacağı barədə bir ümid yarandı. Çox təəssüf ki, Kənd Təsərrüfatı nazirimiz Heydər Əsədovun və “Aqrokredit” təşkilatının sədri Mamed Musayevin və onların ətrafındakı şəxslərin pambıqçılıqla bağlı şəxsi bilgilərinin az olması səbəbindən, hətta bəzi şəxslərin son dərəcə laqeydlik və səhlənkarlığı nəticəsində “ÇTC- Aqro” MMC şirkətinin fəaliyyyəti iflic oldu.

Belə ki, sentyabr ayının ortalarında kifayət qədər məhsul olmasına baxmayaraq, maliyyə çatışmazlığı üzündən şirkət mahlıc emalına başlaya bilmədi. Adicə “işıq pulu” ödəyə bilmədiyinə görə şirkətin emal zavodları həftələrlə işi dayandırmağa məcbur olurdular. Şirkətin traktor və kombaynları dizel yanacağı çatışmazlığı səbəbindən fasilələrlə işləyirdilər. Hesab edirəm ki, əgər “Aqrokredit” bizim şirkəti sentyabrın əvvəlində maliyyə vəsaiti ilə təmin edə bilsəydi, pambıq dərimi bütün ölkə boyu sentyabrın əvvəlindən başlayardı və təbii ki, toplanan pambığı emal edib satışa çıxara bilərdik. Bu isə şirkətin kifayət qədər xarici valyuta qazanması demək idi".

Xəbər verdiyimiz kimi, ötən ilin sonlarında 32 min manatlıq elektrik borcuna görə "Şəki-İpək" ASC-nin baş müəssisəsinə elektrik nəqli dayandırılmışdır. Nəticədə baş müəssisənin işləməkdə olan yeganə istehsalatında - Pambıqəyirici istehsalatında da iş dayanmışdır...

Daha bir iş xəbərimiz isə "Şəki-İpək" ASC ilə bağlıdır; yanvarın ilk iş günlərində Pambıqəyirici istehsalatın işi bərpa edilmişdir. İstehsalat cəmi 40 nəfər əməkçi var və dörd növbəli iş rejimində işləyirlər.

İşdən söz düşmüşkən, əlavə edək ki, ilin əvvəlindən etibarən Şəki Mədəniyyət şöbəsinin 34 işçisi ixtisara düşmüşdür...

Şəki mərkəzi xəstəxanasında 97 həkimə ehtiyac var. Bu barədə Şəki rayon məşğulluq idarəsinin stendində müvafiq elan yerləşdirilib. Lakin digər mənbələrdən bizə bildirildi ki, əslində xəstəxanaya işçi qəbulu dondurulubdur. Hətta pensiyaya çıxmış sanitarkaların yerinə belə yenisi götürülmür.

Yanvarın 17-də isə cavab olaraq ABB-nin problemli aktivlərinin bir qismini idarə edən “Aqrarkredit” bank olmayan kredit təşkilatının İdarə Heyətinin sədri Məmməd Musayev bildirmişdir ki,

"...təkcə pambıq emalı müəssisələri vasitəsilə ötən il 14 min ton xammal qəbul edildi və onların fermerlərə olan borcları tamamilə ödənilib".