“Şəki-İpək” ASC-indən 4 nəfər mühəndis-texniki işçi Almaniyaya göndərilib

Paylaşılma tarixi: Mar 31, 2012 8:39:44 PM

Müəssisənin texniki direktoru Şahin Əzizov bildirir ki 4 nəfər mühəndis-texniki işçi Almaniyaya göndərilmişdir. Onlar orada 10 günlük kursda “Şəki-İpək” ASC-nin Almaniyadan yeni aldığı dəzgahların istismarı üzrə biliklərə yiyələnəcəklər. Məlumat üçün əlavə edək ki, “Şəki-İpək” ASC ötən il Almaniyadan yeni toxucu dəzgahları, əriş sarıyıcı dəzgah və s. avadanlılar almışdır.

Şəkildə: Şahin Əzizov, “Şəki-İpək” ASC-nin texniki direktoru