ŞƏKİ ŞƏHƏRİNDƏKİ YENİ VƏ ƏN MÖHTƏŞƏM TİCARƏT MƏRKƏZİ İSTİSMARA TAM HAZIRDIR!!!

Paylaşılma tarixi: Apr 03, 2012 9:49:27 PM

Əvvəlki saylarımızda Şəkinin ticarətlə məşğul olmaq istəyən sahibkarları tərəfindən Şəki şəhərində böyük bir ticarət mərkəzinin inşa edilməsindən bəhs etmişdik və həm də göstərmişdik ki, bəzi vəzifəli şəxslər həmin ticarət mərkəzinin fəaliyyətə başlaması yolunda süni maneçiliklər yaradıblar. Qəzetimizin haqlı çıxışından və məsələ barədə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına ünvanlandığımız Açıq məktubumuzdan sonra yeni ticarət mərkəzinin fəaliyyətə başlaması yolundakı bütün maneələr aradan qalxdı. Məlumat üçün onu da əlavə edək ki, bu möhtəşəm ticarət mərkəzinin fəaliyyətə başlaması Fövqəladə hallar Nazirliyi ilə də razılaşdırılmışdır, indi yalnız qalır, yerli əhəmiyyətli rəsmiləşdirmələr, məsələn, Şəki İcra Hakimiyyəti başçısının sərəncamı. Heç şübhəsiz ki Şəki şəhərinin hörmətli icra hakimiyyəti başçısı Elxan Usubov cənabları, tezliklə bu möhtəşəm ticarət mərkəzinin fəaliyyətə başlaması barədə müvafiq sərəncam imzalayacaqdır. Odur ki, üzünüzü Şəki əhalisinə tutub teyirik: Əziz şəkililər, yeni ticarət mərkəzində alış-veriş etməyə hazır olun!