Çingiz Mustafayev

Paylaşılma tarixi: Jan 21, 2021 4:19:34 PM

Şəki Ensiklopediyası səhifəsi

Çingiz Mustafayev (1960–1992) — mülki və hərbi jurnalist, Azərbaycan Dövlət Televiziyasının reportyoru; Dağlıq Qarabağdakı müharibə səhnələrini, o cümlədən Xocalı qətliamından az sonrakı hadisələri işıqlandırması ilə yadda qalıb. Dağlıq Qarabağda hərbi əməliyyatları çəkərkən yaxınlığına düşmüş qumbaraatan (qranatomyot) mərmisinin zərbəsindən daxili zədə almış və həlak olmuşdur. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Mustafayev Çingiz Fuad oğlu

Çingiz Mustafayev

Mündəricat

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

29 avqust 1960-cı il tarixdə Həştərxan vilayətinin Vladimirovskiy rayonunun Kapustin-Yar kəndində, hərbçi ailəsində anadan olub.

1964-cü ildə ailəliklə Bakıya köçüblər.

Çingiz Mustafayev

Doğum tarixi

Doğum yeri

29 avqust 1960

Kapustin-Yar, Axtyubinsk rayonu, Həştərxan vilayəti

Reportyor fəaliyyəti[redaktə | əsas redaktə]

Əmək fəaliyyəti[redaktə | əsas redaktə]

1983 – 1986-cı illərdə Dəvəçi rayonunda,

1986-cı ildən İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında həkim işləyib.

1991-ci ilin oktyabr ayından Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərib.

1977-ci ildə Bakı şəhərindəki 167 saylı orta məktəbi bitirib.

1977 – 1983-cü illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.

Atası

Anası

Vətəndaşlıq

Uşağı

Dəfn yeri

Vəfat yeri

Vəfat səbəbi

Vəfat tarixi

Fuad Mustafayev

Naxış Mustafayeva

Fuad Mustafazadə

Azərbaycan

Şəhidlər Xiyabanı, Bakı,

Azərbaycan

Qumbaraatan (Qranatomyot) mərmisinin zərbəsi

Naxçivanik, Xocalı rayonu,

15 iyun 1992 (31 yaşında)

Rusiya SFSR, SSRİ

1990-cı ilin 20 yanvar tarixində sovet ordusunun Bakıda mülki əhaliyə qarşı törətdiyi vəhşilikləri həvəskar reportyor kimi lentə alıb. Dağlıq Qarabağ regionunda döyüş əməliyyatları başlandıqdan sonra isə öz karyerasını tam olaraq hərbi jurnalistikaya həsr edib. Onun reportajları Azərbaycanın müharibə əməliyyatlarına məruz qalan regionlarında öz yaxınlarının taleyi barədə məlumat almaq istəyən sadə camaat üçün ən etibarlı və dürüst məlumat mənbəyinə çevrildi. Çingiz Mustafayev öz kiçik heyəti ilə birlikdə cəbhə bölgələrinə səfərlər edir və bu bölgələrdə real vəziyyət barədə birbaşa olaraq dəyəri olmayan məlumatlar yayırdı. Məhz bu video və foto materiallar sayəsində dünya münaqişənin həqiqi xarakterini öyrəndi və Ermənistan qüvvələrinin dinc əhaliyə qarşı qəddarlıqlarının şahidinə çevrildi. Çingizin reportajları Azərbaycanın məruz qaldığı informasiya blokadasının aradan qaldırılmasında və erməni nəzarətində olan media strukturları tərəfindən qərəzli məlumatların yayılmasının qarşısının alınmasında əhəmiyyətli rol oynamışdır.

Mükafatları

Təhsili

N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (1977 – 1983)

SSRİ→ Azərbaycan

Dağlıq Qarabağda hərbi əməliyyatları çəkərkən yaxınlığına düşmüş qumbaraatan (Qranatomyot) mərmisinin zərbəsindən daxili zədə almış və halak olmuşdur.

Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

    • Atası: Fuad Mustafayev (d. 16 avqust 1927-ci il, Bakı – ö. 8 aprel 2019-cu il, Bakı, Bakı) Leninqrad Dövlət Hərbi Akademiyasının məzunu idi, 1958 – 1964-cü illərdə hərbi qulluqda olmuş, daha sonra Bakıya qayıtmış, Bakıda müxtəlif mülki vəzifələrdə işləmişdir.

    • Anası: Naxış Mustafayeva (d. 18 yanvar 1940-cı il, Nuxa – ö. 19 Fevral 2015, Bakı).

    • Həyat yoldaşı: Rəfiqə Mustafayeva.

    • Oğlu: Fuad Mustafazadə (d. 1991).

Çingiz Mustafayevin Bakıda yaşadığı bina

Filmoqrafiya[redaktə | əsas redaktə]

Bakıda yaşadığı binanın önündə barelyefi vurulub. Cəmşid Naxçıvanski adına hərbi liseydə büstü qoyulub. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şüvəlandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS ÇM radiostansiyası, “Palmali” şirkətlər qrupuna məxsus tanker onun adını daşıyır.

2010-cu ildə ABŞ-ın CNN telekanalı Mustafayevin həyat və yaradıcılığına, onun lentə aldığı Xocalı faciəsinə dair reportaj yayımlayıb. Jurnalist Sevinc Osmanqızının müəllifi olduğu süjet Xocalıda ermənilər tərəfindən törədilmiş vəhşilikləri dünyaya çatdıran Çingiz Mustafayevin çəkdiyi kadrlar üzərində qurulub.

2011-ci ildə Almaniyada 3 min nüsxə ilə Çingiz Mustafayevin təsviri olan poçt markası buraxılıb.

2013-cü ildə Şabranda onun vaxtilə işlədiyi və adını daşıyan parkın açılışı olmuşdur.

Çingiz Mustafayevin Bakıdakı Şəhidlər Xiyabanında məzarı

© 2019 – 2021 Şəki Ensiklopediyası

Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.

Çingiz Mustafayevin yaşadığı binada barelyefi