Son əlavələr‎ > ‎

Tələt Qasımov

4 Ağu 2020 15:24 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 10 Nis 2021 07:21 güncellendi ]
Şəki Ensiklopediyası səhifəsi
Jump to navigationJump to search
Tələt Qasımov
Qasımov Tələt Əli oğlu
Tələt Qasımov.jpg
Tələt Qasımov.
bayraqAzərbaycan Respublikasının səhiyyə naziribayraq
1991 — 1992
Sələfivəzifə təsis edilib
XələfiRahim Hüseynov
bayraqAzərbaycan SSR səhiyyə naziribayraq
1979 — 1991
SələfiHənifə Abdullayev
XələfiAzərbaycan SSR ləğv olunub
bayraqAzərbaycan SSR səhiyyə nazirinin müavinibayraq
1978 — 1979
Şəxsi məlumatlar
Doğum tarixi4 avqust 1939
Doğum yeriBakı, Flag of the Azerbaijan Soviet Socialist Republic (1956–1991).svg Azərbaycan SSR, Flag of the Soviet Union.svg SSRİ
Vəfat tarixi27 fevral 1999 (60 yaşında)
Vəfat yeriBakı
AtasıƏli Qasımov
AnasıSəidə Qasımova
Həyat yoldaşıYuliya Qasımova
Təhsili

Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu (1957 – 1963)

Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu, klinik ordinatura (1965 – 1967)
Elmi dərəcəsitibb elmləri namizədi
Mükafatları"Azərbaycan SSR əməkdar həkimi" fəxri adı — 1989
Vladimir İliç Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley medalı — 1970"Şərəf Nişanı" ordeni  — 1981

Tələt Qasımov (1939 – 1999) — görkəmli dövlət xadimi və tibb işçisi, Azərbaycan SSR əməkdar həkimi, Azərbaycan SSR-in sonuncu, Azərbaycan Respublikasının isə birinci səhiyyə naziri.

Haqqında məlumatlar[redaktə | əsas redaktə]

4 avqust 1939-cu il tarixdə Bakıda anadan olub.

Təhsili[redaktə | əsas redaktə]

1956-cı ildə Bakı şəhər 6 №-li orta məktəbini bitirib.

1957 – 1963-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində,

1965 – 1967-ci illərdə əvvəl Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun klinik ordinaturasına təhsil alıb.

Elmi fəaliyyəti[redaktə | əsas redaktə]

1967-ci ildə “Bronxial asma zamanı kliniki-biokimyəvi tədqiqatlar” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Əmək fəaliyyəti[redaktə | əsas redaktə]

1957 – 1963-cü illərdə institutda təhsil alarkən Bakı şəhər 2 №-li klinik xəstəxanada tibb qardaşı vəzifəsində çalışıb.

1963 – 1965-ci illərdə hərbçi-həkim kimi Sovet Ordusunda (Macarıstanda) xidmət edib.

1967 – 1970-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I hospital terapiya kafedrasında assistent vəzifəsində çalışıb.

1970 – 1974-cü illərdə Azərbaycan LKGİ-nin sədri olub.

1974 – 1978-cu illərdə Azərbaycan KP MK-da işləyib, o cümlədən, 1976 – 1978-ci illərdə elm və təhsil müəssisələri şöbəsinin səhiyyə və sosial təminat sektorunun müdiri olub.

1978 – 1979-cu illərdə Azərbaycan SSR Səhiyyə nazirinin müavini və nazirliyin IV baş idarəsinin rəisi vəzifəsində çalışıb.

1979 – 1992-ci illərdə Azərbaycan SSRİ-nin (1991-ci ilədək) və Azərbaycan Respublikasının (1991-ci ildən) səhiyyə naziri olub.

1992 – 1993-cü illərdə Azərbaycanın Moskvadakı nümayəndəliyində ümumi məsələlər üzrə müşavir vəzifəsində çalışıb.

1992-ci ildən sonra heç yerdə işləməyib.

İctimai-siyasi fəaliyyəti[redaktə | əsas redaktə]

1957 – 1963-cü illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil alarkən institutun komsomol komitəsi katibinin müavini olub.

1965 – 1967-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I hospital terapiya kafedrasında assistent vəzifəsində çalışarkən isə institutun komsomol komitəsinin katibi olub.

1970-ci ildə Azərbaycan LKGİ MK-nın büro üzvü seçilib.

1980 – 1984 və 1985 – 1990-cı illərdə X və XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Mükafatları[redaktə | əsas redaktə]

Vəfatı[redaktə | əsas redaktə]

27 fevral 1999-cu il tarixdə – 60 yaşında, Bakıda vəfat edib.

Ailəsi[redaktə | əsas redaktə]

  • Atası: Əli Qasımov, Nuxada anadan olmuşdur, 1941-ci ilədək Bakı şəhər səhiyyə idarəsində çalışıb, Bakıda tibb məktəbinin müdiri olub, 1941-ci ildə könüllü olaraq müharibəyə gedib, 1942-ci ildə itkin düşüb;
  • Anası: Səidə Qasımova (Əbdürəhmanova), görkəmli azərbaycanlı sovet heykəltəraş-monumentalisti Fuad Əbdürəhmanovun əmisi qızı, həkim, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda çalışıb, Nuxada anadan olmuşdur.
  • Bacısı: Rəna;
  • Həyat yoldaşı: Yuliya Qasımova;
  • Övladları: Nərminə və Əli Qasımov.

İstinadlar[redaktə | əsas redaktə]

Ədəbiyyat[redaktə | əsas redaktə]

  • Məmmədov Ə.Xalıqov F. Касумов Талят Али оглы // Şəki: Alim və ziyalılar. — Bakı: Bakı Universiteti Nəşriyyatı, 2002. — 2 cilddə. — I  cild. — Səhifələrin sayı:  502. — Səh.: 305 – 306. — 1.000 nüsx.
  • Məmmədov N. Tələt Qasımov // Konsilium : jurnal. — 2009. — № 5 may. — Səh. 4 (3 – 15).
✰
© 2019 – 2021 Şəki Ensiklopediyası
Bu məqalə Şəki Ensiklopediyasının yaxşı məqalələrindən biridir və müəlliflik hüququ Şəki Ensiklopediyasına məxsusdur.
Comments