Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının həyata keçirdiyi “İnsan hüquqlarının təşviqi və effektiv müdafiəsi sahəsində milli tərəfdaşların potensialının artırılması” layihəsi çərçivəsində fəaliyyət göstərən "Resurs" Mərkəzi Azərbaycan vətəndaşları üçün növbəti səyyar hüquqi xidmətini 24 may 2018-ci il tarixində İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) ilə əməkdaşlıq çərçivəsində Ombudsmanın Şəki Regional Mərkəzində təşkil edib. Səyyar ödənişsiz hüquqi xidmət zamanı "Resurs" Mərkəzinin hüquqşünasları ödənişsiz hüquqi xidmətə ehtiyacı olan şəxsləri qəbul edib, onların məsələləri ilə bağlı hüquqi məsləhət verib və bununla bağlı Resurs Mərkəz tərəfindən görüləcək hüquqi işlər haqda məlumatlandırılıblar. Aydın Məmmədov
|
Son əlavələr >