Son əlavələr‎ > ‎

"Şəki-İpək" ASC ilə bağlı son yazıya əlavə

30 Oca 2018 07:51 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 8 Nis 2018 11:06 güncellendi ]
Yanvarın 26-da bu saytda "Şəki-İpək" ASC-nin mövcud durumu ilə bağlı jurnalist araşdırması dərc olunmuşdur (Şəki-İpək” ASC-nin bəzi istehsalat və sexləri heç işə düşmədi, işə düşənləri isə dayandı...). Məqalədə  baramaaçan istehsalatının  250 nəfər işçisinin 15 yanvarda öz  hesablarına məzuniyyətə göndərilməsi, fevralın 1-dən etibarən isə yerdə qalan sex və istehsalatlarda işin dayandırılması xəbər verilir,  daha sonra baş müəssisədəki xalça sexinin, pambıq əyirici sexin uzun müddət fəaliyyətsiz qalması vurğulanmışdır. 28 yanvarda Haqqın.az saytı bu yazıya istinad edərək kiçik bir xəbər yaydıqdan dərhal sonra  Azərbaycan Sənaye Korporasiyası” ASC-nin baş direktoru Kamran Nəbizadə "Şəki-İpək" ASC rəhbərliyinə telefonla zəng edərək  "Şəki-İpək" ASC-nin mövcud durumu ilə bağlı narahatçılığını bildirmişdir. 

Əslində baramaaçan istehsalatının  15 yanvarda dayanacağını "Şəki-İpək" ASC İdarə heyətinin sədri Nizami Qəribov 26 dekabr 2017-ci il tarixdə AzərTAC-da dərc olunmuş müsahibəsində bildirmişdir... 
 "Şəki-İpək" ASC İdarə heyətinin heç bir üzvü ilə intriqamız yoxdur, hər birinə hörmətimiz var. Amma söhbət  500 nəfərin işsiz qalmasından gedirsə, əlbəttə ki, biz işsiz qalan fəhlələrin hüquqlarını müdafiə etməliyik.

"Şəki-İpək" ASC-nin mövcud durumuna bir daha konkret nəzər salaq: qeyri-pozitiv heç nə yoxdur, ölkədə ipəkçilik sürətlə inkişaf edir, birbaşa Prezidentin göstərişi və qayğısı ilə baramaçılıq bərpa edilib, 2016-cı ildə birdən birə 71 ton, 2017-ci ildə 244 ton yaş barama yetişdirilib və cari il üçün 300-400 ton yaş barama yetişdiriləcəyi gözlənilir. Ötən ildən yaş baramanın hər kq-na görə kümçülərə 5 manat subsidiya ödənilib, əvəzində "Şəki-İpək" ASC üçün yaş baramanın 1 kq-ı üçün alış qiyməti 4 manata endirilmişdir. O cümlədən "Şəki-İpək" ASC-yə bir neçə dəfə irihəcmli pul yardımı göstərilib. Ötənilki 244 ton yaş baramanın hamısı müvəffəqiyyətlə emal edilərək  xam ipəyə çevrilmişdir. İpəyi satın almaq istəyənlər də vardı, amma "Şəki-İpək" ASC rəhbəri qətiyyətli mövqe tutaraq təklifləri rədd etdi, o nöqteyi nəzərdən ki, həmin ipəklə parça toxunarsa daha çox qazanc əldə etmək olar və daha çox adam işlə təmin olunar. 

Parça toxundu, kəlağayı toxundu və xam şəkildə Türkmənistana, İrana satıldı. Bu ölkələr özləri dünya bazarına ipək çıxaran ölkələrdilər. Əgər Şəkinin ipək məhsulları həmin ölkələrdə satılırsa, deməli Şəkidə toxunan parçanın maya dəyəri dünya bazar qiymətlərinə uyğundur, hələ bəlkə də bir qədər aşağıdır. Bu isə subsidiyalar sayəsində mümkün olub. Və əmək kollektivinin fədakarlığı nəticəsində. Belə ki bəzi sexlərdəki dəzgahlar istismar müddətlərini çoxdan bitiriblər, ötən əsrin 70-ci, 80-cı illərindən istifadədədir, lakin hələ də istismardadırlar... 

İranda siyasi vəziyyətin gərginləşməsi İran iqtisadiyyatında da özünü biruzə verdi. Sifarişdən  imtina etdilər. Buna görə  baramaaçan istehsalatından sonra "Şəki-İpək" ASC-nin  toxucu istehsalatı və bəzi sexləri də işi dayandırdı. Onların mart ayında, baramaaçan istehsalatının isə iyun ayında yenidən fəaliyyətə başlayacağı gözlənilir. 

Bura qədər hər şey qaydasındadır.  Qaydasında olmayan budur ki, cəmi bir sifarişçinin meydandan çıxması ilə "Şəki-İpək" ASC  xam parça isehsalını dayandırıb. Halbuki onun məhsulu subsidiyalar sayəsində bir qədər ucuz başa gəlmişdi və  buna görə müştəriləri çox olmalı idi. Bəs cari ildə necə olacaq? Axı ipəyin həcmi iki dəfə artır? Müştəri ona görə yoxdur ki, reklam yoxdur. Şirkətin saytı yoxdur. Avropada yaşayan müştəri necə tapsın "Şəki-İpək"i? "Şəki-İpək"in 15 dollara satdığı parça Avropada 70 dollardır, sadəcə məhsulu reklam etmək lazım idi. Kifayət qədər keyfiyyətli, gözəl və həm də ucuz məhsulun alıcısız  qalmasının yeganə səbəbi budur.

Qaydasında olmayan 2-ci şey budur ki, baramaaçan istehsalatının cəmi 6 ay işləyəcəyi əvvəlcədən məlum idi. İşçilərlə 6 aylıq əmək müqaviləsi bağlamaq lazım idi ki,  6 aydan sonra onlar işsizliyə görə 6 ay əmək haqlarının 70 faizi miqdarında müavinət ala bilsinlər.  SMF və Məşğulluq Mərkəzi nə üçündür bəs? Ötən il Şəkidə cəmi 2 nəfər işsizliyə görə müavinət alıb. Halbuki bu müəssisədə çoxlu sayda işçi işsizdir. 

Qaydasında olmayan 3-cü şey  budur ki, boyaq-bəzək istehsalatı qaydasında deyil, yenidənqurma  tələb olunur, müasir avadanlıqlar alınmalıdır.  Və buna görə hazır parça istehsalında problem yaranır. 


Xalça sexi 2012-ci ildə

Qaydasında olmayan 4-cü şey  budur ki, xalça sexi uzun müddətdir işləmir və azı 50 nəfər işsizdir. Sexin fəaliyyətə başlaması üçün isə heç nə lazım deyil, "Şəki-İpək" ASC rəhbərinin göstərişindən başqa.

Qaydasında olmayan 5-ci şey isə  budur ki, pambıqəyirici sex də ötən ilin sentyabrından işləmir. Və azı 40-50 nəfər işsiz qalıb. Sexin fəaliyyətə başlaması üçün isə mahlıc lazımdır. Və ötən il ölkədə 200 min ton pambıq yığılıb, pambıqtəmizləmə zavodları işləyir, mahlıc var amma "Şəki-İpək" ASC mahlıc ala bilmir. "Şəki-İpək" ASC rəhbərliyindən bizə bildirildi

Pambıq əyirici sex 2017-ci ilin əvvəlində

ki, pambıq dövlətə məxsusdur, dövlət bizə pambıq vermədi bu il. Dövlət pambıq vermədi?  Problem yoxdur, bu problemi "İpəkçi" həll edər, hörmətli Prezidentə bir dənə teleqram vurarıq, vurğulayarıq ki ölkədə 200 min ton pambıq istehsal edildiyi halda  nədənsə və kimlərsə "Şəki-İpək" ASC-yə mahlıc vermək istəmir, nəticədə 40-50 nəfər işsiz qalıb...



Aydın Məmmədov