Son əlavələr‎ > ‎

Redaktordan:

27 Mar 2012 17:57 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
    
Hörmətli  oxucularımız və hörmətli ziyarətçilər!
Məlumunuz olduğu kimi “İpəkçi” qəzeti 1933-cü ilin mart ayında nəşrə başlamışdır və gələn il – 2013-cü ilin mart ayında, bu qəzetin 80 yaşı tamam olacaqdır.
Biz – “İpəkçi” qəzetinin redaksiyası, qəzetimizin 80 illik yubileyi ilə bağlı  bir sıra daxili layihələri həyata keçirməyi planlaşdırmışdıq ki, onlardan da biri yubiley ərəfəsində daha professional saytımız olan bu ipekchi.biz saytını  yaratmaq idi, – gördüyünüz kimi biz bu işi artıq etmişik!
Azərbaycanda nəşri davam edən sonuncu fəhlə qəzetinin –  Azərbaycan ipəkçilərinin açıq tribunası olan “İpəkçi” qəzetinin, bu saytında dərc ediləcək xəbər və məqalələr üçün biz heç bir məhdudiyyət planlaşdırmırıq, amma təbii ki burada “Şəki-İpək” ASC, Şəki və ipəkçiliklə bağlı xəbər və məqalələr nisbətən çoxluq təşkil edəcəkdir və biz bu saytımızda da insanların hüquqlarının müdafiəsinə, mərhum sabiq prezident Heydər Əliyevin vaxtilə bizə ünvanlandığı məktubunda tövsiyə etdiyi kimi “haq-ədalət uğrunda mübarizə aparmaqda",  hər bir oxucuda "müstəqil Azərbaycanın sabahına inam yaratmaqda" davam etmək əzmindəyik.
Yeri gəlmişkən, onu da əlavə edək ki bu yeni saytımızda da bütün xəbər və məqalələrimizi bircə atom-link -.ipekchi.biz/news/posts.xml vasitəsilə yayacağıq, başqa sözlə ziyarətçilərdən kimsə göstərilən atom-linkə reader xidməti vasitəsi ilə abunə olarsa, saytımızı heç açmadan bütün yeni xəbərlərimizi  avtomatik olaraq öz readerində izləyə bilər.
Amma onu da nəzərə almalısınız ki bu hələ işin başlanğıcıdır və bu saytın yaxşı bir veb-resurs olması üçün hələ bir qədər vaxt lazımdır.
 
 Aydın Məmmədov,
"İpəkçi" qəzetinin baş redaktoru,
"Şəkinin səsi" qəzetinin həmtəsisçisi və baş redaktoru,