Son əlavələr‎ > ‎

Ombudsmanın Şəki Regional Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbir keçirilib

25 May 2018 03:01 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 25 May 2018 03:46 güncellendi ]
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Şəki Regional Mərkəzi tərəfindən Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasının 100 illiyi ilə əlaqədar Şəki Şəhər İcra Hakimiyyəti ilə birgə həmin Mərkəzdə tədbir keçirilib.

Şəki şəhərində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların əməkdaşlarının, o cümlədən gənclərin iştirakı ilə keçiriımiş tədbiri Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov giriş sözü ilə açaraq, iştirakçılara Ombudsman Elmira Süleymanovanın 28 may - Respublika Günü, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar təbrikini və xoş arzularını çatdırdı.

P.Məmmədov çıxış edərək Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 16.05.2017-ci il tarixdə Sərəncam imzalanadığını, 10.01.2018-ci il tarixli Sərəncamla bu ilin ölkəmizdə Azərbaycan Xalq Cumhuriyyəti ili elan edildiyini bildirdi.

Qeyd olundu ki, 28 may 1918-ci ildə Azərbaycanın müstəqilliyi elan edilmiş, 23 aylıq qısa müddətdə movcudluğuna baxmayaraq dövlətçilik tariximizdə silinməz izlər qoymuş, müsəlman Şərqində ilk parlamentli respublika olan Xalq Cümhuriyyəti eyni zamanda ölkəmizin gələcək müstəqilliyi üçün zəmin hazırlamışdır. Azərbaycan dünyaya müstəqil dövlət kimi tanıdılmış, dövlət sərhədləri müəyyənləşdirilmiş, bayrağımız, gerbimiz, himnimiz yaradılmış, ana dili dövlət dili olmuş, habelə ABŞ və bir çox Avropa ölkələrindən öncə qadınlara seçki hüququ verilmiş, təhsil milliləşdirilmişdir.

Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti, çox təəssüf ki, 28 aprel 1920-ci ildə RSFSR tərəfindən işğala məruz qalmış, lakin 70 il Sovet imperiyası tərkibində yaşamagımıza baxmayaraq bu xalqımızın müstəqil dövlət qurmaq istəyini qıra bilməmiş, 1991-ci ildə Azərbaycan xalqı yenidən öz müstəqilliyinə qovuşmuşdur. Müstəqilliyimizi növbəti dəfə əldə etməyimizə baxmayaraq 90-cı illərin əvvəlində ölkədə davam edən özbaşınalıq, daxili və xarici təhdidlər müstəqilliyimizin itirilməsi, vətəndaş müharibəsi təhlükəsi yaratmışdır. 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra ölkədə sabitlik təmin edilmiş, sosial-iqtisadi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində köklü islahatlar aparılmış, 1994-cü ildə “Əsrin Müqaviləsi” imzalanmaqla respublikamızın inkişafında iqtisadi sıçrayışa nail olunmuş, həmçinin dövlətimizin müstəqilliyinin təminatında da əhəmiyyətli rol oynamışdır.

  Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Sadiq Yusifov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar ölkənin digər bölgələrində olduğu kimi, Şəki şəhərində də silsilə tədbirlərin həyata keçirildiyini, adı çəkilən şəhər İcra hakimiyyətinin başçısı tərəfindən bu barədə müvafiq sərəncamın imzalandığını, təşkilat komitəsinin yaradıldığını və tədbirlər planının təsdiq edildiyini qeyd edərək, Xalq Cümhuriyyəti dövründə milli-mədəni sahədə görülən işləri iştirakçıların diqqətinə çatdırdı.

Şəki Şəhər Rayon Polis Şöbəsi rəisinin köməkçisi Natiq Əliyev, həmin şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Səbahət Bağırova və digərləri çıxış edərək, təmsil etdikləri qurumlar tərəfindən həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırdılar.

Mənbə: Ombudsman.gov.az >>