Şəki Ensiklopediyası səhifəsi
Məmməd Əfəndiyev (Əfəndiyev Məmməd Rəşid bəy oğlu; d. 15 oktyabr 1887-ci ildə, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – ö. 1 iyun 1977-ci ildə, Bakı, Azərbaycan SSR, SSRİ) − azərbaycanlı sovet riyaziyyatçı-pedaqoqu, professor, S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində fəaliyyət göstərmiş Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru (1944-cü ildən). Tanınmış azərbaycanlı pedaqoq və yazıçı-dramaturq Rəşid bəy Əfəndiyevin oğludur. Haqqında məlumatlar[redaktə]1887-ci ildə Nuxada anadan olub. 1908-ci ildə Tiflisdə gimnaziyanı bitirib. 1908 – 1913-cü illərdə Sank-Peterburq İmperator Universitetinin(ru) mexanika-riyaziyyat fakültəsində təhsil alıb. 1913 – 1915-ci illərdə Qori seminariyasında müəllim, 1915 – 1920-ci illərdə isə Nuxada şəhər gimnaziyasında əvvəl müəllim, sonra isə müdir işləyib. 1920-ci ildə Bakıya – N.Nərimanovun təşəbbüsü ilə Bakıda təşkil olunmuş birillik kurslarda dərs deməyə dəvət olunur; bu kurslarda orta məktəblər üçün müəllimlər hazırlanırdı. 1921 − 1926-cı illərdə Ali Pedaqoji Kişi İnstitutunun əvvəl fizika-riyaziyyat fakültəsinin dekanı, sonra isə direktoru olub. 1930 − 1936-cı illərdə Pedaqoji İnstitutun riyaziyyat kafedrasının müdiri, 1941-ci ildən S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin riyazi təhlil kafedrasının müdiri işləyib. 1944-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti nəzdində açılmış Fizika-Riyaziyyat Elmi-Tədqiqat İnstitutuna direktor təyin olunub. 1 iyun 1977-ci ildə Bakı şəhərində vəfat edib. 1992-ci ildə Bakıda bir küçəyə onun adı verilib. Elmi-pedaqoji fəaliyyəti[redaktə]1933-cü ildə dosent, 1944-cü ildə professor elmi adını alıb. Azərbaycan dilində terminologiya tərtib etmiş, Yaxın Şərqdə o vaxtadək istifadə edilməkdə olan riyazi işarə və formulları latınlaşdırmışdır. Bir sıra riyaziyyat dərsliklərinin, o cümlədən, “Sadə diferensial tənliklər” dərsliyinin (1950) müəllifidir. 1941 – 1956-cı illərdə Azərbaycan Riyaziyyat Cəmiyyətinin sədri olub. Mükafatları[redaktə]
İstifadə edilmiş mənbə[redaktə]
Aidiyyəti linklər[redaktə]
18 Kateqoriya:
|
Son əlavələr >