Son əlavələr‎ > ‎

İyulun ilk iki həftəsində ipekchi.info-nun ən çox hansı səhifələrini oxuyublar?

13 Tem 2018 13:30 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 13 Tem 2018 14:28 güncellendi ]
"İpəkçi" qəzetinin ipekchi.info saytı heç də Azərbaycanın aparıcı xəbər saytlarından biri deyil təbii ki, amma heç  şübhəsiz ki, ipəkçilik üzrə aparıcı, regionlar üzrə isə aktiv saytlardan biri hesab edilə bilər.

İyul ayının ilk 2 həftəsi (1 iyul -13 iyul) ərzində saytımızın yalnız lent.ipekchi.info bölməsi 2101 dəfə ziyarət olunmuşdur. Bunlardan 1538-i unikal baxışdır. Ziyarətlərin 71,89 %-i Azərbaycan provayderləri vasitəsi ilə edilib. 
Ən çox unikal baxış olan ilk 10 səhifəmiz isə aşağıdakılardır: 
      1. Elmar Vəliyevə atəş açan Yunis Səfərov Moskva Mədəniyyət və İncəsənət Universitetinin hüquq fakultəsinin məzunu imiş - 243  nəfər.
      2. Gəncənin icra başçısına qarşı edilən sui-qəsdin təfərrüatları məlum olub - 200  nəfər.
      3. Cövdət Hacıyevin qızı Pərvin Muradova-Dilbazi ata yudunu - Şəkini, ziyarət etdi, tələbələrlə görüşdü - 163  nəfər.
      4. 2018-ci ildə ən çox barama tədarükünə görə Zərdab, qurd toxumunun məhsuldarlığına görə isə Cəbrayıl rayonu birinci oldu - 119  nəfər.
      5. Çox təəssüflər olsun ki, Gəncədə iki yüksək çinli polis məmuru həlak oldu (rəsmi xəbərlər və video) - 114  nəfər.
      6. İlham Əliyev: (Etibar Pirverdiyev,) siz sadəcə olaraq utanmalısınız, xalq qarşısında, ölkə qarşısında! - 101  nəfər.
      7. Şəki ipək kombinatının mövcud durumu ilə bağlı Prezident İlham Əliyev cənablarına müraciət  - 64  nəfər.
      8. "General Konstrakşn" MMC-də və keçmiş "Globus Plaza"da indi nələr baş verir? - 62  nəfər.
      9. İlham Əliyev Nazirlər Kabinetinin 8 iyul iclasında prezident seçkisindən öncə "İpəkçi"nin də keçirdiyi rəy sorğularından da danışdı - 33  nəfər.
      10. Mirşahin 10 iyulda Gəncədə qılınc döyüşünün baş verməsi barədə video-müsahibələrini paylaşıb - 27  nəfər.