Son əlavələr‎ > ‎

Rəy sorğumuza görə seçicilərin 85 %-dən çoxu İlham Əliyevə səs vermək niyyətindədir

5 Nis 2018 11:43 tarihinde Aydin Salis tarafından yayınlandı

"İpəkçi" qəzeti ənənəvi olaraq prezident seçkilərindən öncə rəy sorğusu keçirir.  11 aprel 2018-ci il tarixdə baş tutacaq  növbəti prezident seçkisindən üç həftə əvvəl Facebok sosial şəbəkəsində başlatdığımız və seçkiyə bir həftə qalmış başa çatdırdığımız  növbəti rəy sorğusunun nəticələrinə görə səsvermədə iştirak edəcək seçicilərin 85,1851 %-i İlham Əliyevə səs vermək niyyətindədir.  7,4074 %  seçicinin səsini Sərdar Məmmədov  təkbaşına, digər 7,4074 %  seçicinin səsini isə  yerdə qalan altı namizəd birlikdə toplayacaqlar.
 
Sorğuda iştirak etmiş  opponentdən 63,513 %-i müxtəlif səbəblərdən seçkidə iştirak edə bilməyəcəyini bildirmişlər. Məlum olduğuna görə Azərbaycan Respublikası əhalisinin sayı 10 milyon nəfərə yaxındır. MSK-nın sədr müavini Natiq Məmmədovun mediaya açıqlamasına görə isə   "dəqiqləşdirilmiş vahid seçici siyahısına əsasən Azərbaycanda 5 milyon 192 min 42 səsvermə hüququ olan şəxs var". Başqa sözlə,  Azərbaycan əhalisindən 48 %-in səsvermə hüququ yoxdur.