Son əlavələr‎ > ‎

İlham Əliyev: əminəm ki, 1-2 ilə Şəki ipək kombinatı tam - sovet vaxtındakı gücü ilə işləyə bilər

31 Oca 2018 08:07 tarihinde Aydin Salis tarafından yayınlandı


Prezident İlham Əliyev cənabları 29 yanvar 2018-ci il tarixdə Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda  Respublikada ipəkçiliyin sürətli inkişafı məsələsinə də toxunaraq dedi:

Baramaçılıq da sürətlə inkişaf edir. Burada da müqayisələr aparmaq olar. 2015-ci ildə 236 kiloqram barama tədarük olunmuşdusa, keçən il bu rəqəm 244 tona çatıb. Bu il təqribən 400 ton barama tədarük edilməlidir. Beləliklə, Şəki ipək kombinatı daha böyük güclə işləyəcək, daha çox insan cəlb ediləcək. Əminəm ki, 1-2 ilə Şəki ipək kombinatı tam - sovet vaxtındakı gücü ilə işləyə bilər.

Tut tinglərinin əkilməsi prosesi uğurla gedir. Bizim mövcud tinglərimizin sayı 2 milyon 200 mindir. 2016-2017-ci illərdə 1 milyon 800 min ting əkilmişdir. 2018-ci ildə isə 3 milyon tingin əkilməsi nəzərdə tutulub. Bu da bizim kümçülərə olan dəstəyimizdir. Baramaçılıq indi geniş vüsət alır. Ailələr qısa müddət ərzində yaxşı pul qazanırlar, əlbəttə ki, dövlətin dəstəyi ilə.

Mənbə:  Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı >>