Şəki Ensiklopediyası səhifəsi
Hikmət Ziya (Əfəndiyev Hikmət Ziya oğlu; 1929–1995) — şair, tərcüməçi, jurnalist, Azərbaycan SSR əməkdar incəsənət xadimi. Haqqında məlumatlar[redaktə | əsas redaktə]13 may 1929-cu il tarixdə Nuxada anadan olub. Təhsili[redaktə | əsas redaktə]Ağdam şəhərində 1 saylı orta məktəbi bitirib. 1947 – 1952-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. Əmək fəaliyyəti[redaktə | əsas redaktə]1952 – 1969-cu illərdə “Azərbaycan pioneri” qəzetinin redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri, 1969 – 1984-cı illərdə “Göyərçin” jurnalının redaksiyasında poeziya şöbəsinin müdiri, 1984-cü ildə “Göyərçin” jurnalının redaksiyasında məsul katib vəzifəsində işləyib. Ədəbi yaradıcılığı[redaktə | əsas redaktə]1952-ci ildə “Azərbaycan pioneri” qəzetində çap edilən “Qeqola” adlı ilk şeiri ilə ədəbi yaradıcılığa başlayıb. Sonra dövri-mətbuatda vaxtaşırı çıxış edib. İlk satirik şeirləri, eyni zamanda “Atamın hədiyyəsi” (1957), “Bahar gözəldir, ya qış?” (1959), “Milçək ürəyi” (1960) kitabları “Hikmət Əfəndiyev” adı ilə ilə çap olunub. “Sınaq”, “Ekiz qardaşlar” pyesləri tamaşaya qoyulmuş, librettolarına (“Nənəmin nağılı”, “İkilərin sərgüzəştləri”, “Solğun çiçəklər”) və şeirlərinə musiqi bəstələnib. Əsərləri keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunub. O, özü də bədii tərcümə ilə məşğul olub, başqa dillərdəki bədii ədəbiyyatı azərbaycan dilinə tərcümə edib. “Mozalan” satirik kino-jurnalı bədii şurasının, Ümumittifaq Uşaq və Gənclər Ədəbiyyatı Şurasının, “Azərbaycan pioneri” və “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin üzvü olub. Kitabları[redaktə | əsas redaktə]Göstər Kitabları Tərcümələri[redaktə | əsas redaktə]
Filmoqrafiya[redaktə | əsas redaktə]
Təltif və mükafatları[redaktə | əsas redaktə]
Ailəsi[redaktə | əsas redaktə]Babası Abdulla bəy Əfəndizadə pedaqoq idi və Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü olmuşdur (görkəmli Azərbaycan maarifçisi Rəşid bəy Əfəndiyevin qardaşıdır). Atası Ziya Əfəndiyev də pedaqoq olmuş, Nuxa, Zaqatala və Ağdamda müəllim işləyib. Nəvəsi Ceyhun Əfəndi iş adamı, “FlyDubai” aviaşirkətinin kommersiya işləri üzrə baş vitse-prezidentidir. Vəfatı[redaktə | əsas redaktə]2 avqust 1995-ci il tarixdə – 66 yaşında, Bakıda vəfat edib. Ədəbiyyat[redaktə | əsas redaktə]
|
Son əlavələr >