Şəki Ensiklopediyası səhifəsi “Gülüstan” poeması – Bəxtiyar Vahabzadənin 1960-cı ilin 10 – 12 iyul tarixləri arasında Nuxada qələmə aldığı poema. İlk dəfə iki hissədən ibarət olmaqla “Nuxa fəhləsi” qəzetinin 23 oktyabr 1960-cı il tarixli 127(1941)-ci sayında və 26 oktyabr tarixli 128(1941)-ci sayında dərc olunub; “Azərbaycanın birliyi və istiqlaliyyəti uğrunda vuruşan Səttar xan, Şeyx Məhəmməd Xiyabani və Pişəvərinin əziz xatirəsinə ithaf edildiyi göstərilib”; həmçinin, redaksiya adından qeyd olunub ki,
İkinci hissənin sonunda poemanın 1960-cı ilin 10 – 12 iyul tarixləri arasında Nuxada qələmə alındığı göstərilib. Azərbaycan Respublikasının əməkdar jurnalisti Salis Məmmədov öz xatirələrində qeyd etmişdir ki, o, 1960-cı ildə “Nuxa fəhləsi” qəzetinin əməkdaşı idi və Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində qiyabi təhsil alırdı; Bakıda Bəxtiyar Vahabzadə ona “Nuxa fəhləsi” qəzetində çap olunması üçün “Gülüstan” poemasının əlyazmasını verib. O da Nuxaya qayıdanda əlyazmanı “Nuxa fəhləsi”nin redaktoru Məhyəddin Abbasova təqdim edib. Poema problemsiz qəzetdə çap olunub. Amma üstündən bir müddət keçəndən sonra, Bəxtiyar Vahabzadə Bakıda Salis Məmmədova deyib ki, tələbələr kütləvi şəkildə poemanın mətnini əlyazma, yaxud makina çapı şəklində öz aralarına yayırlar və buna görə də ona yuxarıdan təzyiqlər başlayıb. Poemanın yayılmasının dayandırılmasını xahiş edib.
|
Son əlavələr >