Son əlavələr‎ > ‎

GÜLLƏLƏNMİŞ RAHİM NAMAZOV JURNALİSTDİR YA VOR-ZAKON?

31 Mar 2018 18:21 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 1 Nis 2018 03:53 güncellendi ]
Fransanın Tuluza şəhərində siyasi mühacir statusunda yaşayan, Azərbaycanda da əvvəllər "Əlillər" və "Hakimiyyət" qəzetlərinin müxbiri kimi çalışdığı bildirilən Rahim Namazov qətlə yetirilib. Fransa hakimiyyət-istintaq orqanları qətlin Rahim Namazovun jurnalist kimi peşə fəaliyyəti ilə bağlı ola bilməsini ehtimal edir.


Hətta artıq ATƏT bu barədə öz narahatlığını bildirib. Azərbaycan hakimiyyət orqanları və hakimiyyətyönlū KİV  isə məsələyə təcili reaksiya verib, 
Rahim Namazovun media -   jurnalistikaya aidiyyətsiz olduğunu sübut etməyə çalışır. Hətta Mətbuat Şurası onun sədri deputat Əflatun Amaşov səviyyəsində təcili bəyanat yayıb.

Azərbaycan tərəfi Rahim Namazovun kriminal aləmlə əlaqəli olduğunu və onun kriminal avtoritetlərlə mübahisəsi olduğunu bildirir. Qətlin də məhz kriminal qrupların qisasının nəticəsi kimi iddia edir.

Ancaq mən dəqiq xatırlayıram ki, bir neçə il öncə Rahim Namazov adlı jurnalist kimi iddia edən şəxs Naxçıvanda orduda həlak olan əsgərlərin və yanılmıramsa, hərbi hospitalda əməliyyat olunan əsgərlərin də böyrəklərinin çıxarılıb, satılması barədə xəbərlər və faktlar paylaşmışdı. Hətta bu məsələdə mütəşəkkil qrupun qanunsuz əməlləri barədə açıqlama vermişdi.

O vaxt bu məsələ mənim xüsusilə diqqətimi ona görə çəkdi ki, həmin dövrdə mən "Qara plantasiya" adlı qanunsuz insan orqanı alveri əməllərini araşdırırdım. Bununla bağlı cinayət işi başlanan Kiyevə də səfərim oldu, hansı ki, bir ucu Bakı klinikalarına gəlib çıxmışdı.

Siyasi Mühacirlərin Hüquqlarını Müdafiə Komitəsi olaraq bu məsələ barədə bizim də araşdırmamız olacaq. Çalışacağıq mərhum Rahim Namazovun nə dərəcədə media üzvü olması və bu halda bu qətlin hansı tərəfdən törədilə bilməsinə aydınlıq gətirək.

Hətta onun kriminal aləm tərəfdən qətli belə, Komitənin ilk bəyanatında göstərildiyi kimi, hakimiyyət strukturlarının lazımi an kriminal aləmlə birgə hərəkətini inkar etməyə bilər... Rafiq Tağı qətlinə də oxşarlıq var burada.

QEYD: Son məlumata görə 
Rahim Namazov ölümcül yaralıdır. Getdikləri maşında həyat yoldaşının da öldürüldüyü bildirilir.

İlqar Altay,
Hüquqşūnas-kriminalist, mūstəqil tədqiqatçı



Həmçinin, bax: