Son əlavələr‎ > ‎

Bu il Oğuzda barama istehsalının 4 tona çatdırılması nəzərdə tutulur

24 Oca 2018 04:35 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 24 Oca 2018 04:37 güncellendi ]
Ötən il oğuzlu kümçülərə 80 qutu, yəni 1556 qram ipəkqurdu paylanılıb. Mövsüm ərzində rayonda 2 ton 524 kiloqram yaş barama istehsal edilərək “Şəki-İpək” ASC-yə təhvil verilib. Cari ildə isə rayonda yaş barama istehsalının 4 tona çatdırılması planlaşdırılır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Rayon İcra Hakimiyyəti aparatının şöbə müdirinin müavini Qəmzə Süleymanova məlumat verib.

Qurumun rəsmisi bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə son illər respublikamızda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, yaş baramanın satış qiymətinin artırılması, istehsalçılara subsidiyaların verilməsi oğuzlu fermerlərin də bu gəlirli sahəyə marağını artırıb.

Baramaçılığın inkişafını təmin etmək və onun yem bazasını möhkəmləndirmək məqsədi ilə 2016-cı ilin payız, 2017-ci ilin yaz və payız mövsümlərində rayon ərazisində 86 min tut tingi əkilib. Əkilən tinglərin 53 mini intensiv tipli tut bağlarının salınması məqsədi ilə Çindən ölkəmizə gətirilən calaq olunmuş tinglər, qalanları isə “Şəki-İpək” ASC-nin tinglik təsərrüfatında yetişdirilən yerli tinglərdir. Yeni salınan bağların məhsuldarlığı artdıqca, rayonda barama istehsalının daha da çoxalacağı gözlənilir.

 Mustafa Dadaşov, 

Oğuz, 22 yanvar,

AZƏRTAC