Müəllif Azərbaycanda ipəkçiliyin sovet dövründəki vəziyyətindən bir qədər bəhs etdikdən sonra yazır ki, keçmiş sovetlər dönəmində isə damazlıq baramanın 1 kiloqramı 10-11, sənaye baramasının 1 kiloqramı 7-8 manata idi. Elə bu səbəbdən (Hansı səbəbdən?! - Məmm. ) 2001-ci ildə “Şəki-İpək” ASC tərəfindən respublikanın 15 rayonundan 37, 2011-ci ildə 11, 2012-də 7,5, 2013-də 3,2, 2014-də 1,7 ton, 2015-də 800 kiloqram yaş barama tədarük edilmişdi. Adi oxucu üçün bu normal görünə bilərdi, amma bizim üçün bu saxtakarlıqdır! Müəllif 2001-ci ildən sonra keçir birbaşa 2011-ci ilə. Niyə?! Çünki 2001-ci ildən sonra barama istehsalı artıb, müəllif nədənsə bunu qeyd eləmək istəmir, 2002-ci ildə 133 ton barama götürülmüşdür. Bu 133 ton heç bir dövlət dotasiyası olmadan mümkün olmuşdu, növbəti il üçün isə 200 ton barama götürüləcəkdi, lakin imkan verilmədi. Müəllif bunu gizlətmək istəyir. Müəllif ipəkçiliyin inkişafını yalnız 2014-cü ildən sonra başladığını göstərmək istəyir. Guya tut tingləri ölkəyə yalnız 2014-cü ildən sonra gətirilib. Əslində bundan əvvəllər də respublikaya tut tingləri gətirilirdi, biri bir dollara, milyonlarla manat pul ayrılırdı, əkilirdi, amma barama mövsümü başlayanda həmin bağlarda yarpaq olmurdu... Müəllif daha sonra yazır: Müəssisədə hazırda kəlağayı, krepdeşin, krepşifon, atlas parçalar toxunur. Builki proqnoza nail olunması 55 ton ipək parça deməkdir. P.S. Biz məqalənin müəllifi Əli Səlimovla telefon əlaqəsi saxladıq. Bildirdi ki məlumatları ona Şəki Şəhər İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Rafiq Məmmədov və "Şəki-İpək" ASC İdarə heyətinin sədri Nizami Qəribov verib, baş verənlərdən təəssüfləndiyini bildirdi. Aydın Məmmədov |
Son əlavələr >