Son əlavələr‎ > ‎

Azərbaycanda həqiqi orta əməkhaqqı və ...

1 Mar 2018 06:45 tarihinde Aydin Salis tarafından yayınlandı
Aşağıda orta əməkhaqqı ilə bağlı "Exo" qəzetində dərc olunmuş məqalənin Turan İnformasiya Agentliyi tərəfindən hazırlanmış xülasəsi təqdim olunur. 

Bu mövzunu daha əvvəllər digər KİV də işıqlandırmağa cəhd etmişdir. 2015-ci ildə isə biz də mövzuya müraciət etmişdik. O vaxt Statistika Komitəsi bizə cavab versə də, sonrakı suallarımızdan yayındı.

Məqaləmizin xülasəsi belə idi ki, muzdla işləyənlər nə qədər əməkhaqqı alırlarsa həmin məbləğin 25 faizi miqdarında DSMF-na pul köçürülməlidir. Bunu əsas götürərək DSMF-na bir ayda köçürülən pulu muzdlu işçilərin sayına böldükdən sonra 3-ə vurduqda ortqa əməkhaqqı üzə çıxmalıdır.

Dövlət Statistika komitəsinin yeganə əsaslı iradı bu oldu ki, DSMF-na heç də bütün muzdlu işçilər üçün əmkhaqqının 25 faizi qədər pul köçürülmür. Biz DSMF işçiləri ilə görüşdük, hamısı təsdiqlədilər ki məbləğ 25 faizdir. Bəs hansı keteqoriyalı vətəndaşların əməkhaqqından fərqli məbləğ tutulur? Dedilər xaricdə işləyənlər və s. Cəmi 1 faiz, yaxud bundan da az muzdlu işçinin maaşına nisbətdə fərqli məbləğ köçürülür. 99 faizin isə maaşının 25 faizi məbləğində DSMF-na puı köçürülür.

Nəticə bu oldu ki, həmin məqalədən sonra DSMF istifadə etdiyimiz hesabatı davam etdirmədi və bu onların həmin istiqamətdə sonuncu hesabatları oldu. Hansı ki bizim istinadımıza qədər düz 12 il idi ki rübdə bir dəfə belə  hesabat yayırdılar...


"Exo" qəzetində isə diqqəti "Azərbaycanda orta əməkhaqqının ödənməsilə bağlı əfsanə və əsatirlər" sərlövhəli məqalə oxumaq olar.

Müəllif Azərbaycanda orta aylıq əmkhaqqının hesablanması və dəyərini müzakirəyə çıxarır.

Öncə müəllif Avropanın bəzi ölkələrində orta aylıq əmək haqqının həcmi barədə məlumat verir: ""Eurostat"ın məlumatına görə, 2016-cı ildə orta aylıq əmək haqqı Böyük Britaniyada 3118 avro, Niderlandda 3 min avrodan bir qədər çox, Almaniyada 2980 avro təşkil edib".

Bundan sonra müəllif Azərbaycanda orta aylıq əməkhaqqının həcmi haqda statisitk göstəriciləri xatırladır: "Azərbaycanda nə baş verir? 2016-ci ilə nisbətdə 2017-ci ilin yanvar-fevral aylarında orta aylıq maaş 5,9% artdıqdan sonra 499 manat olub. Dövlət Statistika Komitəsinin məlumatına görə, orta aylıq əmək haqqı neft sahəsində 3007,1 manat, qeyri-neft sektorunda 440,6 manat, dövlət müəssisələrində 378,9 manat, özəl sektorda 671,5 manat olub, beləliklə, bu göstəricilərə əsasən, 2017-ci ildə ölkə üzrə orta aylıq maaş 514 manata çatıb".

Müəllif deyir ki, bu 514 manat orta aylıq əmək haqqı avro ilə ekvivalentdə 240 avro deməkdir, bunun cüzi olmasına baxamyaraq belə, bu maaşı da hamı ala bilmir.

Daha sonra müəllif deyir ki, orta aylıq əmək haqqı ölkədə yüksək maaş alan əhali kateqoriyası ilə aşağı maaş alan kateqoriyanın maaşlarının cəmlənməsi və ümumi işçi sayına bölünməsi ilə alınan orta rəqəmdir: "Biri ayda 10 min manat alır, digərinin aylıq maaşı heç 200 manata da çatmır, amma orta hesabla 500 manat orta aylıq maaş alırlar. Bir məşhur lətifədə deyildiyi kimi, qonşu ət yeyir, mən isə kələm, belə alınır ki, ikimiz kələm dolması yemişik. Əhali qruplarının gəlirləri arasında belə kəskin fərq olduğu üçün orta gəlir haqda danışmağa belə dəymir".

Məmurların gəlirlərinə gəlincə, müəllif deyir ki, onalrın gəlirləri ümumiyyətlə ictimaiyyətdən gizlədilir, bu təbəqə aylıq, illik gəlirləri barədə gəlir bəyannaməsi vermədikləri üçün nə qədər qazandıqları da müəmmalı olaraq qalır.

Müəllif isə bu düşüncədədir ki, məmurlar heç də maaş hesabına yaşamırlar, öz biznesləri var və bu da onlara kifayət qədər yüksək gəlir gətirir.

Müəllif hesab edir ki, ölkədə əhalinin əksəriyyətinin həyat səviyyəsi pis vəziyyətdə olduğu kimi, elə statistika da pis durumdadır, belə ki, vətəndaşların çoxu hətta statistikada əksini tapan "orta aylıq maaşı" da ala bilmir.