Son əlavələr‎ > ‎

Yuxarılara gedən şikayətlərdə nədən və kimdən narazılıq edilir?

26 Ağu 2017 06:40 tarihinde Aydin Salis tarafından yayınlandı



Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya


Heydər Əliyev Fondunun Vitse Prezidenti Leyla xanım Əliyevaya

 

       Şəki şəhəri, Sabir  küç., ev. 3/6 ünvanında yaşayan

       Sultanova Aynur Ziyad qızı və Sultanov Rövşən  Vüqar oğlu   tərəfindən

 

                                                     Ə  R  İ  Z  Ə

 

 

  Möhtərəm Prezident İlham Əliyev Cənabları!


Hörmətli Birinci Vitse Prezident Mehriban Xanım Əliyeva!


  Hörmətli Vitse Prezident Leyla Xanım Əliyeva!

             


Biz ana-oğul hər ikimiz Azərsu ASC-nin Şəki Sukanal TSC-də uyğun olaraq 01.06.2010-cu və 08.02.2016-cı il tarixdən kadrlar üzrə mütəxəssis və sutəmizləyici sahədə qəza-bərpa işləri üzrə çilingər işləmişik. Biz uyğun olaraq ikinci və üçüncü qrup əlil olmasına baxmayaraq işimizin öhdəsindən həmişə gəlmişik.


2017-ci ilin mart ayının birindən etibarən idarənin rəisi Bayram Məmmədovun,baş mühəndis Nüsrət İsrafilov, baş mühasib Şəfi Məmmədli, və həmkarlar ittifaqının sabiq sədri Məzahir Lətifovun bizə qarşı münasibəti kəskin dəyişdi. Buna səbəb onların Azərsu ASC-nin Şəki Sukanal TSC-baş verən özbaşınalıq, dələduzluq və s. neqativ hallar olmuşdur.


Belə ki, rəis B.Məmmədovun yaxın qohumları Şəki Məhkəmə Kompleksində, baş mühəndis N.İsrafilovun qardaşı oğlu Coşqun İsrafilov DİN-nin Şəki ŞRPŞ-də, Güloğlan Məcidovun Acınohur Qış Otlaqlarının Suvarma Sistemlərinin İstismarı idarəsində baş mühasib işləməklə bərabər onların adlarının Şəki Sukanal TSC-də də yüksək maaşlı işə rəsmiləşdirilməsi məsələsi məni narahat etdiyindən onlara öz iradımı bildirməyim olmuşdur. Ümumiyyətlə onlar mənə 30-35 adamın qanunsuz olaraq bəzilərinin həm ikinci iş yeri kimi, ümumilikdə isə heç birinin işə gəlməməsi şərtilə işə götürülməyini tələb edirdilər və mənim etirazım olmasına baxmayaraq onlar məni heç saymadan N.İsrafilov, Ş.Məmmədli və G.Məcidovun tərtibatı ilə onların adlarını rəsmiləşdirmiş, maaş kartlarını isə bölüşmüşlər.             


Bütün bunlara bizim maneçilik göstərməyimizdən narahat olaraq 06.03.2017-ci il tarixdə oğlum R.V.Sultanovu hədə-qorxu gələrək ərizə yazıb işdən çıxmağa məcbur etdilər. Elə həmin vaxtdan da məni tam izolyasiya edərək işçiləri mənimlə münasibətdən yayınmağa vadar etdilər ki, bununla da faktiki olaraq məni 01.05.2017-ci il tarixdə ərizə yazıb işdən çıxmağa məcbur etdilər.


Bu gün Azərsu ASC-nin Şəki Sukanal TSC-də rəis B.Məmmədovun, baş mühasib Şəfi Məmmədlinin, tam əminliklə demək olar idarənin “ölü can”lar komandasına rəhbərlik edən, idarənin təchizat üzrə mühəndisi G.Məcidovun birlikdə Dövlətə məxsus idarədə təşkil etdikləri mütəşəkkil dəstənin vəzifəsi “ölü can”ların adına əməkhaqqı yazmaqla külli miqdarda pulu mənimsəmək, qanunsuz olaraq Şəki Məhkəmə Kompleksində, DİN-nin Şəki ŞRPŞ-də, Acınohur QOSTSİİ-də işləyən qohumları və tanışlarının adlarını Şəki Sukanal TSC-də yüksək maaşlı vəzifələrə rəsmiləşdirərək onların adına hesablanmış külli miqdardapulu mənimsəməkdir.


Elə bu səbəbdən də mən onların cinayət əməllərinə etiraz etdiyimə görə oğlumla birlikdə bizi hədə-qorxu gəlməklə işdən cıxma ərizəsi yazmağa məcbur etmişlər. Onlar Dövlət idarəsini, onun pul vəsaitlərini və digər qazanc mənbələrini mənimsəmək xatirinə belə bir vəziyyətdə oğlumla tək yaşamağıma və xəstəliyə görə əlil olmağımıza baxmayaraq bizi işdən çıxma ərizəsi yazmağa məcbur etmişlər. Əgər belə deyilsə biz niyə öz işimizdən çıxaraq aylıq əməkhaqqımızdan imtina edirdik?


Deməli başqa bir Dövlətə məxsus idarədə yüksək vəzifə tutan G.Məcidov həm də Şəki Sukanal TSC-də yüksək vəzifə tutsun, hər ay külli miqdarda haqq etmədiyi əməkhaqqı alsın, eynilə də baş mühəndis N.İsrafilovun qardaşı oğlu DİN-nin Şəki ŞRPŞ-də vəzifə tutsun, yüksək miqdarda maaş alsın, bununla bərabər Şəki Sukanal TSC-də də vəzifə tutaraq kifayət qədər haqq etmədiyi əməkhaqqı alsın, rəis B.Məmmədovun bacısı oğlu Səməd Mustafayev Şəki Məhkəmə Kompleksində komendat işləyib kifayət qədər maaş almasına baxmayaraq guya rəis B.Məmmədovun sürücüsü kimi rəsmiləşdirilərək hətta 650 AZN (Şəki ŞİHB-nın sürücüsü deyilənlərə görə 200AZN maaş alır) haqq etmədiyi əməkhaqqı alsın, yenə də rəis B.Məmmədovun bacısı nəvəsi Sərxan Rəsulov Şəki Məhkəmə Kompleksində başban işləməklə kifayət qədər maaş almaqla bərabər Şəki Sukanal TSC-də kompressor ustası kimi adı rəsmiləşdirilərək kifayət qədər haqq etmədiyi əməkhaqqı alsın, Biz tək yaşayan, xəstəliyə görə əlil olan ana və oğul onların cinayət əməllərinə qoşulmadığımıza görə işdən atılaq. Sizcə bu nə dərəcədə ədalətlidir?


Ərizəmdə göstərdiklərimi nəzərə alaraq Azərsu ASC-nin Şəki Sukanal TSC-nin, onun rəisi B.Məmmədov, baş mühəndis N.İsrafilov, baş mühasib Ş.Məmmədli, guya təchizat üzrə mühəndis G.Məcidovun təşkil etdikləri və ətraflarında öz qohum-tanışlarını topladıqları mütəşəkkil dəstənin fəaliyyətinin ciddi araşdırılaraq elə ciddi də tədbirlər görülməsini, mənə hədə-qorxu gəlməkə işdən çıxarılmağımı nəzərə alaraq mənim və oğlumun işlə təmin olunmasına köməklik göstərməyinizi Sizdən xahiş edirik.

 

         Hörmətlə:                  Sultanova Aynur Ziyad qızı

 

                                           Sultanov Rövşən Vüqar oğlu.


 




Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab Oqtay Şirəliyevə

Şəki, M.F.Axundov pr. 3B ünvanda yaşayan Hüseynbəyli Nəbi Məmməd oğlu tərəfindən

 

 

                                             Ə  R  İ  Z  Ə

 

 

           Hörmətli cənab Oqtay Şirəliyev!

          Mən Sizə və nazirliyin Apellyasiya Şurasına dəfələrlə şikayət ərizəsi ünvanlayaraq rəhbərlik etdiyiniz nazirliyin Tibbi-Sosial Ekspert Komissiyasının qərarından şikayət etmişdim. Belə ki, hər dəfə komissiya “əlavə müalicə” adı altında süründürməçiliyə yol verir, konkret olmayan tələblər irəli sürür. Yəni əlavə müayinə, müalicəyə ehtiyac olduğunu bildirsə də bu əlavə müayinə və müalicənin onları qane edəcək hansı səhiyyə müaəssisəsində aparılması barədə konkret bir təklif vermir. Şəki MRX-nın müayinə və müalicəsi, onun nəticələri isə T-SEK-nı qane etmir.

          Hamı kimi mənə də məlumdur ki, Dövlətə məxsus olub pulsuz xidmət göstərən səhiyyə müəssisəsi mən tanımıram, artıq növbəti dəfə mənim əlavə müalicə və müayinəyə maddi imkanım yoxdur. Əgər Siz pulsuz müayinə və müalicə barədə qərəzsiz bir müəssisə bilirsinizsə, onda rəsmi göstəriş və göndəriş verin mən əlavə müayinə və müalicə olunum ki, bu dəfə Sizin komissiyanı qane etsin.

          Mən onlayn müraciət vasitəsi ilə bir-neçə dəfə Sizin Oğuz rayonunda vətəndaşları qəbul edərkən məni də qəbul etməyinizi, qəbulun vaxtı və yeri barədə mənə əlavə məlumat verilməsini xahiş etmişdim. Lakin mənim müraciətimə heç bir münasibət bildirilməmişdir.

          Nazirliyin ümumi şöbəsinin müdiri cənab L.Əlizadə isə ərizəmin araşdırılmasını  Şəki MRX-nın baş həkiminə tapşırır. Sizcə nazirliyin T-SEK-nın qərarını Şəki MRX-nın baş həkimi ləğv edəcək? Buna nə ad vermək olar? Bu vətəndaşı, xəstəni ələ salmaqdan başqa bir şey deyildir. Düzdür əvvəllər Şəki MRX-nın Həkim Məsləhət Komissiyası sənədləşmə işlərində səhlənkarlıq etsə də artıq ikinci dəfə bütün araşdırmalar mənim iştirakımla aparılmış və obyektiv nəticələr Bakıya T-SEK-na göndərilmişdir. Lakin bu dəfə bu komissiya heç nəticələri araşdırmadan eyni cavabı vermişdir. Ona görə də mən T-SEK-nın qərarından şikayət etmişdim.

           Təəssüflər olsun ki, səhiyyə nazirliyinin Apellyasiya Şurası şikayətçimi heç saymır və dəfələrlə müraciət etməyimə baxmayaraq heç bir cavab vermək istəmirlər. Sözsüz ki, onların bu hərəkətini mən Dövlətimizin Qanunlarına, onun Başçısının iradəsinə qarşı gəlməsi, onlara qarşı itaətsizlik göstərmək kimi qiymətləndirirəm. Çünki Apellyasiya Şurası üzərinə düşən vəzifələri yerinə yetirməkdən faktiki imtina edir. Mən bu barədə məlumat vermişəm və Birinci Vitse-Prezident Hörmətli Mehriban Xanım Əliyevadan məni qəbul etməsini xahiş etmişəm.

        Artıq nazirliyin ümumi şöbəsinin müdiri L.Əlizadənin məsuliyyətsizlik göstərərək belə məzmunlu cavabları ilə məni ələ salması onun tək Dövlətə, Dövlətin vətəndaşına hörmətsizlik etməsi yox, eyni zamanda Dövlətin başçısına hörmətsizlik etməsidir. Çünki vətəndaşların hüquqlarının, sağlamlığının birbaşa qarantı Dövlətimizin Başçısıdır. belə məsuliyyətsiz hərəkətləri ilə L.Əlizadə kimə meydan oxuyur?

         Belə çıxır ki, L.Əlizadə heç kimdən çəkinmədən vətəndaşı ələ sala, onu təhqir edə bilər? 

         Belə çıxır ki, L.Əlizadə Sizdən xəbərsiz Şəki MRX-nın baş həkiminə nazirliyin komissiyasının qərarını ləğv etmək səlahiyyəti vermişdir? 

         Ərizədə yazdıqlarımın ətraflı cavablandırılması, bir Dövlət qurumu kimi orada göstərilənlərin araşdırılması Sizin səlahiyyətinizə aid deyilmi? (məsələn: əgər komissiya məsləhət görür ki, əlavə müalicə olunarsa sağalaram və bunu da əsas gətirərək  yazıram ki, hər-hansı Dövlətə məxsus xəstəxanaya göstəriş verin ki, məni pulsuz olaraq müayinə və müalicə etsinlər və mən də sağalaramsa, əlbəttə bu daha yaxşıdır, sizin buna cürətiniz çatmır? Hərçəndi, mənim bu xəstəxanalara bir o qədər də etibarım yoxdur). Əgər aiddirsə onda niyə ətraflı araşdırılmaq əvəzinə dəfələrlə təkrar olunan şikayətlər bir cümlə ilə cavablandırılır: "Şəki MRX-na göndərilmişdir".

          

           Sizcə bu vətəndaşın şikayət ərizəsinə cavab vermək, onun müraciətinə baxıb tədbir görməkdir? 

      Dəfələrlə belə məzmunlu ərizəmlə sizə müraciət etdiyimi yuxarıda göstərdiklərimi nəzərə alaraq və Tibbi-Sosial Ekspert Komissiyasının özbaşınalıqlarına göz yummağı bir kənara qoyub, heç olmazsa çoxsayı ərizələrimin qısa da olsa məzmunu ilə heç olmasa bir dəfə maraqlanıb mənim şikayətimi mahiyyəti üzrə, yəni T-SEK-nın qərarının ləğv olunmasını və mənim qanuni əlillik dərəcəmin onlar tərəfindən təyin olunmasına köməklik göstərməyinizi bir daha Sizdən xahiş edirəm.

 

 

           İmza:                       N.M.Hüseynbəyli.

 

                                                    17.08.2017.





Ombudsman Elmira Xanım Süleymanovaya

 

   Hörmətli Elmira xanım Süleymanova!

   Sizə təkrarən müraciət etməyimin birinci səbəbi odur ki, mənim ünvanladığım şikayət ərisəmi diqqətlə oxuyub Sizə dəqiq məlumat versinlər.

    İkincisi də Sizin Aparat Rəhbəri cənab Aydın Səfixanlı mənə məhkəməyə müraciət etməyi məsləhət görür. Sizə də çox gözəl məlumdur ki, məhkəmələrin bugünkü çox uzun proseslər fonunda (hətta kiçik bir mübahisə haradasa bir ilə yaxın sürür) xəstə bir adamın məhkəmələrdə sürünməyi asandırmı?

    Üçüncüsü də odur ki, əgər hər işdən ötrü aylarla məhkəmələrdə əsəblərimiz korlanırsa, onda digər Dövlət orqanları nəyə gərəkdir?

    Dördüncüsü də odur ki, mən  Səhiyyə nazirliyinin qərarından yox, onların məsuliyyətsizliyindən şikayət edirəm. Cənab Aydın Səfixanlının da etiraf etdiyi kimi, mənim müalicəmin davam etdirilməsinə qərar verilmişdir. Aylar keçməsinə, bu günə qədər mənim Səhiyyə naziri cənab Oqtay Şirəliyevə dəfələrlə müraciət etməyimə baxmayaraq nə Səhiyyə nazirliyinin Apellyasiya Şurasında mənim iştirakımla bu qərarın obyektivliyi araşdırılır, nə də qərar icra olunur, yəni bu qərarda konkret deyilmir ki, müalicə kimə tapşırılıb, kim bununla məşğul olacaq və Səhiyyə nazirliyinə nəticəsi barədə kim tərəfindən məlumat veriləcək.

    Belə olan halda mən Sizin köməkliyinizlə Səhiyyə nazirliyindən bu sualıma cavab verilməsini Sizdən xahiş etmişəm.

    Dövlətə məxsus səhiyyə müəssisələrindəki hərc-mərclik, özbaşınalıq, rüşvətxorluğun baş alıb getməsi hamıya məlumdur. Bunlar danılmaz faktdır. Lakin bir dəfə də insanlıq göstərib öz ciblərini güdmək əvəzinə heç olmasa öz yazdıqları qərarın icrasını kiməsə tapşırsınlar.

    Məncə Sizin Aparatda da bunu çox gözəl bilirlər. Ola bilər ki, Sizin Aparatda da Səhiyyə nazirliyindəkilərin xətrinə dəymək istəməyənlər var. Ancaq mən nə çağırışçıyam, nə də harınlamış məmur evladıyam, nə də əsgərlikdən yayınmaq üçün əlillik almaq istəyirəm. Mənim 60 yaşım var, onsuz da bir-neçə ildən pensiyaya çıxacağam. Amma faktiki xəstəyəm və ona görə də heç olmasa dava-dərman xərclərimin bir hissəsinin ödənməsi üçün əlillik müavinəti mənə kömək ola bilər.

    Bir fakt da Sizin üçün də maraqlı ola bilər ki, mən dəfələrlə cənab Oqtay Şirəliyevdən xahiş etmişəm ki, mənim sənədlərimi mənim iştirakımla araşdırsınlar. Əgər onlar düzgün adamlardırsa niyə bunu etməkdən qorxurlar? Bəlkə bu göstərişi verməyə O.Şirəliyev kimdənsə çəkinir?

    Yuxarıda göstərdiklərimi və dəfələrlə mənim Səhiyyə nazirliyinə, onun Apellyasiya Şurasına yazdığım şikayətlərin cavabsız qaldığını nəzərə alaraq onların qəbul etdiyi qərarın ya Apellyasiya Şurasında mənim iştirakımla baxılmasına, ya da qərarın icra olunmasına dair mənim şikayətimə konkret və mahiyyəti üzrə Shiyyə nazirliyindən cavab verilməsinə köməklik göstərməyinizi Sizdən bir daha xahiş edirəm. 

 

   İmza:                                     N.M.Hüseynbəyli.

                                                                                    19.08.2017.

ą
Aydin Salis,
29 Ağu 2017 06:51
ą
Aydin Salis,
29 Ağu 2017 06:51