Son əlavələr‎ > ‎

Sosial şəbəkələrdə arvad adı ilə fəaliyyət göstərən "kişiciklər", onların trolları və anti-azərbaycan təbliğatı

23 Eki 2017 04:21 tarihinde Admin Sheki.city tarafından yayınlandı   [ 5 Mar 2018 03:04 tarihinde Aydin Salis tarafından güncellendi ]
Bildiyiniz kimi azərbaycanlılar ayrıca bir millətdir, dilimizin adı azərbaycan dilidir. Konstitusiyamızda bu təsdiq olunur. Dünya bizi bu adla tanıyır. Yalnız ermənilər azərbaycanlıları bir millət olaraq tanımaq istəmirlər, deyirlər siz Zərəfşan dərəsindən gələn türklərsiniz, bizim torpaqlara yiyələnmisiniz, bu torpaqlar bizimdir. Halbuki, elmi cəhətdən çoxdan sübut edilib ki, azərbaycanlılar regionun köklü  sakinləridirlər. 

Lakin sosial şəbəkələrdə hakimiyyətə yaxın olduğunu idia edən qruplaşma var, ağzını açıb bunu deyən kimi üstünə 10-15 nəfər tökülür, başlayırlar təhqirə, təhdidə, sən türkçülüyün düşmənisən, sən azsaylı xalqların nümayəndisən, ona görə belə deyirsən və s. Səni şantaj edəcəyik, prokurora deyəcəyik səni salacaq içəri 20 min verib zorla çıxa bilərsən bayıra. Bunu deyənlər heç bilirsiniz kimlərdir? Anar Turan  onun trolları, hansı ki həmin sosial şəbəkə hesablarını qohum-qardaşlarının adlarına açıblar, Ceyhun Bayramlı və onun "tələbələri" (əslində tələbə adı ilə özü yazır), hansı ki, neçə illərdir sosial şəbəkə istifadəçilərinin yediyini burnundan tökmək, əsəbləşdirmək və təhqir etmək işi ilə məşğuldur...  

Anar Turan "Xalq qəzeti"nin əmkdaşıdır, etimaddan sui-istifadə edərək və Vətənə xəyanət etməyə çalışır və  azərbaycanlılara Azərbaycan xalqının olmadığını təlqin etmək fikrinə düşüb, bunu qəbul etməyənlərə isə hədə qorxu gəlir. Turan onun familiyası deyil təbii ki, məzhəbidir, qulluq etdiyi separatçı məzhəbdir. Milliyyətini dananın, familiyasından imtina etməsi təbii görünür. Turançılıq Azərbaycan dövlətçiliyinə  qarşı bir ideologiyadır. Turançılıq o deməkdir ki, Azərbaycan Türkiyənin  bir əyələti olmalıdır, Azərbaycan xalqı öz dilindən imtina edərək, İstanbul ləhcəsində danışmalıdırlar. Bu sadəcə Vətənə xəyanətdir! Ən acınacaqlısı budur ki, bunu dövlət qəzetinin əməkdaşı edir. Düşünmək sadəlövlük olardı ki, o  "türkçülüy"ünün güclülüyündən bu yolu seçib. Yox, burada yalnız bir məqsəd var: Azərbaycan xalqının milli birliyini parçalamaq, dövlətçiliyimizin sütunlarını laxlatmaq. Onların nəzarətində olan saytlara bir az göz yetirsəniz,  buna əmin ola bilərsiniz. Azərbaycan vətəndaşına kürd separatçısı deyirlər, ləzgilərə satqın və s. 

Anar Turan



Belə görüntü yaradırlar ki, dövlət dəstəyi ilə rəsmi azərbaycançılıq ideologiyasına qarşı 100 il əvvəl süquta uğramış faşist təmayüllü turançılıq ideologiyası gündəmə gətirilib, buna qarşı çıxanlar təhdid edilir. Nə məsələdir? Dövlətimiz rəsmi azərbaycançılıq ideolugiyasından imtina edir? Ya bunlar xarici kəşfiyyata qulluq edirlər?

Anar Turanın saxta trolları  burada çox dəridən-qabıqdan çıxdılar. Saxta hesablarla, kişlər, arvad adı ilə, arvadlar kişi adı ilə. Lakin hər şeydən əvvəl, gəlin Balqabaq.az saytında dərc olunmuş bir məqaləyə diqqət yetirək:

Ədalət yaxşılıqdan üstündür

İslam aləminin üçüncü xəlifəsi Həzrəti Osman Məhəmməd peyğəmbərin(s.a.s) iki qzı ilə ailə qurub, (biri rəhmətə gedəndən sonra ikinci qızı ilə evlənir) o səxavəti , həyası ilə məşhur olmuşdur.

 Məkkədə ərzaq qıtlığı zamanı Həzrəti Osman Məkkəyə 700 dəvə yükü ərzaq gətirmişdir, məkkəli tacirlər mənfəət qazanmaq üçün bu ərzaqların onlara iki qat qiymətə satmağını təklif etmişlər, lakin Həzrəti Osman: "mən bu malları 1-ə 10 qat verənə verəcəyəm" deyib bütün ərzaqları dəvə qarışıq kasıblara paylamışdır. (El arasında da deyilir ki, Allah sənın verdiyinin 10 qat əvəzinı versin) Xəlifəliyi dövründə uzun illər hakimiyyətdə olan Həzrəti Osman abır-həyasını qoruyaraq xilafətdə qohum əqrabalarının sözünü yerə salmayaraq onları vəzifələrdə yerləşdirmişdir, onların ədalətsizliyi, acgözlüyü ucbatından üsyançılar Həzrəti Osmanı quran oxuduğu yerdə qətlə yetirir və nəşini də zibilliyə atırlar ki, onun nəşi üç gün qalır zibillikdə.

Allah ədaləti, yaxşılığı , qohumlarla, insanlarla yaxşı rəftar etməyi əmr etmış, həyasızlığı , pisliyi, çırkin işləri isə qadağan etmişdir.

Ulu öndər isə, ədalətsizliyi də ədalətlə həll edin demişdir.

Bilman



Diqqət yetirsək nə görəcəyik? Qısa bir məqalədir. Müəllifin adı, yaxud təxəllüsü Bilmandır, o, sünni təriqətindədir, şiələrin qəbul etmədiyi xəlifələrdən birini təbliğ edir. Sonra Heydər Əliyev tərəfdarı olduğunu vurğulamağı da unutmur. Məqaləyə əlavə etdiyi şəkil isə təbii ki, onun öz şəklidir və bu şəkildən də görünür ki o 50-60 yaşında kişidir. Amma...

Amması budur ki yuxarıda linkini verdiyimiz müzakirədə, bu xiyar Leyla Heyderova  istifadəçi adı ilə söhbətə müdaxilə etmiş və bizi şantaj edəcəyini bildirmişdir:

Daha sonra isə həmin  saytda şantaj xarakterli yazısını böhtanla bəzəyərək  dərc edir.  60 yaşlı kişini sosial şəbəkədə qız adı ilə fəaliyyət göstərməyə nə vadar edir ya rəb? İndiyə qədər yazdığı cəmi 10 məqalədən necə oldu ki,  birini "İpəkçi"yə həsr edəsi oldu? 10 məqaləsi var yalnız, birində Heydər Əliyevlə xəlifə Osmanı müqaisə edir, necə olur ki peşəkar jurnalistikadan dəm vurur? Peşəkar jurnalistə ağıl öyrədir? Saytın bu səhifəsində  göstərilir ki, jurnalistikanın nə olduğunu blməyən bu Bilmanın familiyası  Allahverdiyev, atasının adı isə İsadır və o, bu saytın həm baş redaktoru, həm də sahibi imiş. Bundan başqa öz FB səhifəsində yazdığına görə, o, həm də AzTV-nin  "news presenter"i imiş.

"Ağsaqqal"ın arvad kimi sosial şəbəkələrdə başqalarının yazışmalarını izləməsi, sonra "kişi" kimi şantajla məşğul olması bununla bitmir. Bir neçə gün əvvəl də belər bir şey edib. Şantajını saytında anonim dərc etsə də, sosial şəbəkədə şəxsən özü paylaşıb. Oturub fikirləşirsən ki, İraq kürdlərinin müstəqillik referendumunu kim dəstəkləyir, kim dəstəkləmir, bunun "ağsaqqal"a nə dəxli ola bilər axı?! Fikirləşirsən, fikirləşirsən, ağlına yalnız bir şey gəlir: özü etnik kürddür, görüntü yaratmaq istəyir ki kürd deyil, yaxud guya Azərbaycana sadiq kürddür. 

Ümumiyyətlə, azərbaycan xalqının, azərbaycan dilinin mövcudluğunu inkar edənlərin, xalqımızın və dilimizin adını   təhrif edənlərin, "mən azərbaycanlıyam" deyəndə bədənini qaşınma tutanların hamısı belələridir. Onlar dediklərini isbat etmək üçün ortaya bir arqument də qoya bilmirlər. Əvəzində əvvəlcə təhqirdən, sonra isə təhdid və şantajdan istifadə edirlər. Heç şübhə yoxdur ki, bunlar xaricdən maliyələşirlər. Biz azərbaycanlıyıq, dilimiz azərbaycan dilidir, dövlətimiz Azərbaycandır. Biz bundan qürur duyuruq və qürur duyacağıq. Onlar nə millətindədir, özləri bilərlər, görünən budur ki, azərbaycanlı deyillər, dövlətçiliyimizə, dövlətimizin rəsmi azərbaycançılıq ideologiyasına qarşı çıxırlar, qara piarla məşğuldurlar. 
Aydın Məmmədov