Son əlavələr‎ > ‎

Səhmləri dövlətə məxsus olan 18 kommersiya hüquqi şəxsin əmlakının “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilməsi üçün nəzərdə tutulan qiymətləndirmə üzrə tender ləğv olunub

18 Oca 2018 19:40 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 28 Oca 2018 01:15 güncellendi ]
2018-ci il yanvarın 4-də bir sıra aparıcı KİV-də “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin 18 kommersiya hüquqi şəxsin əmlakının bazar qiymətlərinə uyğun qiymətləndirilməsi üçün açıq tender elanı dərc edilmişdir.

28 yanvar tarixdə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşı Fərhad Ələkbərov "İpəkçi"yə bildirdi ki, sonradan tenderin çox vaxt aparacağı nəzərərə alınmış və qiymətləndirmə üçün başqa qanuni yollardan istifadə edilməsinə qərar verilmişdir. 

“Azərbaycan Sənaye Korporasiyası” ASC 18 kommersiya hüquqi şəxsin əmlakının qiymətləndirilməsi məqsədilə açıq tender elan edir

Tender 5 (beş) lot üzrə keçirilir.

Lot-1. Aşağıda qeyd olunan 6 (altı) kommersiya hüquqi şəxsin əmlakının qiymətləndirilməsi:

1. Aqroinvestkom MMC

2. “İnter Tobakko” MMC

3. “Şəki-İpək” ASC

4. “Şəki Aqro İndastriz” MMC

5. “Kainat”ASC

6. “Pərvanə” MMC

Lot-2. Aşağıda qeyd olunan 5 (beş) kommersiya hüquqi şəxsin əmlakının qiymətləndirilməsi:

1. “BOT” MMC

2. “İnter Textile” ASC

3. “Mingəçevir İzolit” ASC

4. “Şəki Kərpic” MMC

5. “Azəralüminium” ASC

Lot-3. Aşağıda qeyd olunan 4 (dörd) kommersiya hüquqi şəxsin əmlakının qiymətləndirilməsi:

1. “Bakı Glass” MMC

2. “Ceneral Konstrakşn” MMC

3. “Steel Structures” MMC

4. “İnter Peşəkar İdman Klubu” MMC

Lot-4. Aşağıda qeyd olunan 1 (bir) kommersiya hüquqi şəxsin əmlakının qiymətləndirilməsi:

1. “CTS Agro” MMC

Lot-5. Aşağıda qeyd olunan 2 (iki) şirkətin əmlakının qiymətləndirilməsi:

1. “Det-Al Alüminium” MMC

2.”Det-Al Metal D “ MCC şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi.

Tenderdə hər bir lot üçün iştirak haqqı 300 (üç yüz) manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır.Tenderin əsas şərtlər toplusunu almaq və tenderdə iştirakçı statusunu əldə etmək üçün “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin aşağıdakı manat hesabına 300 (üç yüz) manat məbləğdə vəsait ödəmək tələb olunur:

Bankın adı: “Azərbaycan Beynəlxalq Bankı”nın Mərkəz filialı

Swift Code: IBAZAZ2X

Bankın ünvanı: Bakı, Z.Tağıyev küçəsi,3.

M/hAZ03NABZ01350100000000002944

Кod: 805722

Bank VÖEN: 9900001881

Alan: Azərbaycan Sənaye
Korporasiyası ASC

Alanın hesabı: AZ31IBAZ38060019446065857204

VÖEN: 1305305281

Tenderdə maliyyə və şirkətlərin əmlakının qiymətləndirilməsi sahəsində təcrübəyə malik hüquqi şəxslər iştirak edə bilərlər.

Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi;

- iddiaçının tam adı, ünvanı, hüquqi statusunu təsdiq edən sənəd (surəti) və bank rekvizitləri;

- tender təklifinin təminatını təsdiq edən sənəd (bankın təminatı);

- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında arayış ;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

Tender təklifinin bank təminatı tender təklifinin 2 (iki) faizdən az olmamalıdır.

Tender iştirakçıları öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkan və biliklərə malik olmalıdırlar.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 19 fevral 2018-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş və ikiqat zərflərdə 26 fevral 2018-ci il saat 17.00-a qədər Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 40 C, nömrəli ünvana təqdim etməlidirlər. Göstərilən vaxtlardan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 27 fevral 2018-ci il saat 16.00-da Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 40C nömrəli ünvanda açılacaqdır.

Tenderin keçirilməsi ilə bağlı əlavə məlumat əldə etmək üçün “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin əməkdaşı Fərhad Ələkbərovla (tel: +99455 2270407) əlaqə saxlamaq olar.

Tender komissiyası

Mənbə: "Xalq qəzeti" >>

17.01.2018


Həmçinin bax:  “Azərbaycan Sənaye Korporasiyası” ASC yaradıldı