Son əlavələr‎ > ‎

Şəkidə ”Üç məkan” İkinci Şəki Beynəlxalq teatr festivalı start götürüb

15 Eyl 2016 10:36 tarihinde Aydin Salis tarafından yayınlandı   [ 15 Eyl 2016 10:37 güncellendi ]
 
Bu gün Şəkidə ”Üç məkan” İkinci Şəki Beynəlxalq teatr festivalı başladı. Açılışdan qabaq teatrda mətbuat konfransı keçirilib. Konfransı giriş sözü ilə açan Şəki şəhər İcra hakimiyyəti başçısı Elxan Usubov bildirib ki, birinci festivalda 9 Azərbaycan teatrı ilə yanaşı Qazaxıstan və Kalmık  teatrları iştirak edirdisə, artıq bu festivalda Azərbaycanla yanaşı 7 xarici dövlətin teatrları iştirak edir. Daha sonra Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək bildirdi ki, Şəkinin bu festivala ev sahibliyi etməsi heç də təsadüfi deyil. Çünki dramaturgiyanın yaradıcısı məhz Şəkidə yetişib. Qeyd edək ki, 7 gün davam edəcək festivalda 45 teatrın təqdimatında 24 tamaşa səhnəyə qoyulacaq. Festivalın açılışı bu gün saat 18- də Cəlil Məmmədquluzadənin "Ölülər" dramı ilə olacaq. 

Видео YouTube


Mənnə: Kanals.az>>