Son əlavələr‎ > ‎

Autizm bir savaşdır

24 Şub 2014 13:14 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
     “Düsmən atəşkəsi pozub, lakin cavab atəşiylə susdurulub”, - bu sözləri cəbhə bölgələrimizdən dəfələrlə eşitmək təəssüf ki adi hala çevrilsə də, bu müharibə qanunlarından biridir. Yəni düşmənin atəş nöqtələri mütləq susdurulmalıdır. Əks halda,  bizim ancaq getdikcə çoxalan itkilərimizi saymaqdan başqa çarəmiz olmayacaqdır.

Bu gün Azərbaycanda cəbhə bölgələrimizdən başqa sahələrdə də savaş gedir, bu savaşın adı Autizmdir.

Autizm – bir çoxlarına bu söz tanış olmasa da, təəssüf ki bir çox ailələr ucun bu sindrom artıq adi həyat tərzinə dönmüşdür. Soruşa bilərsiniz axı nə ucun sən buna savaş kimi baxırsan? Bunu bilənlər bilir ki, əgər ailədə bir nəfər bu tip xəstəlikdən əzab çəkirsə, bu bütün ailənin həyat tərzinə öz təsirini göstərir. Ailələrdə həm maddi, həmdə mənəvi sarsıntılar biri birini dəyişməklə dövr edir və getdikcə bu tip problemi olan uşaqlar çoxalmaqdadır.

Hər bir dövlət ailənin böyük formasıdır deyənlər də yanılmayıblar, amma gəlin görək bu böyük ailə öz üzvlərinə layiqincə yanaşırmı? Yoxsa, elə ögey uşaq, ailəyə yük, ailənin başqa üzvlərinin maddi durumuna təsir edir deyə bu övladından üz çevirirmi, ya onu qohum əqrəbanın yanında ayıbdır deyə küçədə təmiz geyindirib evin içində lazımsız bir əşya kimi əl-ayağa dolaşmasın deyə bir küncə qoyurmu? Gəlin bir necə dəqiqəliyə bu suallara cavab axtaraq. Bu səbəbdən də ilk öncə qısa bir informasiya ilə Autizm sindromunun bir necə xasiyyətini nəzərinizə çatdırmaq istərdim.

Autizm - daxili və xarici amillərin təsiri nəticəsində orqanizmdə gedən maddələr mübadiləsinin pozulmasına gətirən və bununla  bağlı yaranan psixonevroloji simptomların kompleksidir. Loru dildə isə desək, bu bir necə xəstəliyin orqanizmdə birləşməsidir.

Amma gəlin indi baxaq Azərbaycanda bu problemlə savaş necə gedir, və ya gedirmi ?

Bu gün Azərbaycanda getdikcə çoxalan və Autizm problemi olan uşaqlarla məşğul olan təşkilatların işinə nəzər yetirsək görərik ki, orada personal əsasən pedaqoqlardan ibarətdir. Sual verə bilərsiniz bəs həkimlər hanı? Axı sən söhbətimizin əvvəlində demişdin ki, Autizm bir neçə xəstəliyin birləşməsindən əmələ gələn sindromdur. Çox təəssüflə bildirmək istəyirəm ki, bu mərkəzlər ancaq bir tərəfli işləyirlər. Düzü bunlarda heç günah da yoxdur, çünki  mən şəxsən bu mərkəz rəhbərlərinin bəziləriylə tanışam və bu fədakar insanların əməyi qarşısında baş əyirəm. Lakin həkimləri və başqa elm nümayəndələrini bu tip işlərə cəlb eləmək üçün böyük vəsait tələb olunur ki, dövlət dəstəyi olmadan da bunu etmək demək olar ki mümkün deyil. Düzü hec həkimlərimiz də buna can atmırlar, onlar üçün hansısa tibb mərkəzində oturub faizə işləmək elmi nailiyyətlərə can atıb ömrünü-gününü elmə həsr eləməkdən daha sərfəlidir.

Deməli belə çıxır ki, biz düşmənin atəş nöqtələrini susdura bilmirik, sadəcə itkilərimizi sayıb, yaralılara məhdud olan qüvvəmizlə kömək etməyə çalışırıq. Çünki bu gün əgər Autizmi yaradan amillər araşdırılıb aradan götürülməsə pedaqoqlarımızı və valideynləri biz bu döyüş meydanında tək qoymuş oluruq. Bundan əlavə pedaqoqlarımızın təhsili də tam qənaətbəxş deyildir. Çoxunun beynəlxalq sertifikatı yoxdur, bir necə günlük seminarlara qulaq asmaqları barədə şəhadətnamə almaqla, onlar Autizm kimi böyük döyüş maşının qarşısına çıxırlar. Düzdür, bu bir yandan tərifəlayiq olsa da, başqa bir tərəfdən autizm problemli uşaqların vaxtını alaraq onların bəzilərini irəli çəkmək əvəzinə geri çəkirlər. Çünki əvvəlində dediyim kimi bu bir savaşdır və bu savaş da hər gün hesabdan gedir və ləngimək Autizm problemi olan uşağın məktəbə getməsinə, normal cəmiyyətə qoşulmasına əngəl törədir.

Odur ki mən bir Autizm sindromlu övladı olan bir valideyn kimi üzümü valideynlərimizə tutub deyirəm: Gəlin bu düşməni birlikdə məhv etməyə çalışaq. Müraciət etdiyiniz hər bir pedaqoqun və həkimin bu işlə məşğul ola bilmələri barədə sənəd soruşmağa çəkinməyin. Övladınıza vurulan hər bir vaksinin, dərmanın, qidanın tərkibiylə maraqlanın. Unutmayın ki, Autizm bir necə xəstəliyin birləşməsindən əmələ gəlir, onlardan ağır metalla zəhərlənmə əsas yerlərdən birini tutur. Bu gün ucuz başa gəlsin deyə vaksinlərə və qidalara vurulan konservatlar bu zəhərlənmələrin əsasını təşkil etdiyindən, bu savaşda hamı birlikdə iştirak etməlidir. İstər dövlət, istərsə də sadə vətəndaş. Bu bizim bir insan kimi haqqımızdır.


Əhməd Rəhmanov,

"Azad istehlakcılar” Birliyinin nəzdində yaradılmış "Tibbi müayinə və müalicə, eləcə də Profilaktik bərpa iştirakçı hüquqların müdafiəsi komissiyası"nın sədri


Əlavə olaraq baxın: 1>>