Son əlavələr‎ > ‎

Şəki qaz istismarı sahəsinin 38 işçisi ixtisara düşdü

11 Şub 2014 06:22 tarihinde Aydın Məmmədov tarafından yayınlandı   [ 4 Oca 2018 11:55 tarihinde Aydin Salis tarafından güncellendi ]

Dövlət Neft Şirkətindəki ixtisarlar regionları da əhatə etməyə başlamışdır. Artıq məlum olub ki, Şəki qaz istismarı sahəsinin 38 nəzarətçisi də ixtisara düşmüşdür. Onları Zaqataladakı regional idarəyə dəvət edib ixtisara düşdüklərini bildiriblər.

Maraqlıdır ki, regionun ən böyük şəhəri Şəki olduğu halda və ən çox qaz  abonentinin də burada olduğu halda, qaz istismarı üzrə regional idarə Zaqataladadır. Elektrik paylanması üzrə regional idarə isə  1 ay ərzində Şəkidən Zaqatalaya köçürüləcəkdir.

Məlumat üçün əlavə edək ki, Şəki şəhərinin 65 minə yaxın sakini var, lakin Səhiyyə Nazirliyinin regional Müalicə Diaqnostika Mərkəzi də əhalisi 20 minə çatmayan Zaqatala şəhərində  istifadəyə verlmişdir.

Bildiyiniz kimi  Şəki şəhəri  vaxtilə dünyanın ən böyük ipək sənayesi mərkəzi  idi. 20-ci əsrin 90-cı illərinin əvvəlində burada 4 min nəfər fəhlə barama emalı ilə məşğul olurdu. Lakin hal-hazırda Azərbaycanda barama yetişdirilməsi işi ilə demək olar ki indi heç kim məşğul olmur. Ötən il biabırçı həddə, cəmi 1, 2 ton quru barama istehsal olunmuşdur.

Oliqarxlar Şəkidə sənayeni qəsdən iflic vəziyyətinə salmaqla yanaşı,  ötən əsrin 20-ci illərindən burada mövcud olmuş və  2002-ci ildə yenidən qurulmuş Şəki aeroportunun fəaliyyətinə imkan verirlər, əvəzində Zaqatala və Qəbələ şəhərlərində yeni aeroportlar açmışlar.