Son əlavələr‎ > ‎

Yevlax rayonunda əlil özünü yandırdı

27 Oca 2014 01:28 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
      Bu barədə ilk olaraq facebook sosial şəbəkəsində məlumat yayıldı.
       Yevlax sakini Nizami Kərimov Sosial Müdafiə Fondunun Yevlax şöbəsinin qarşısında özünü yandırıb.

        N.Kərimov hal-hazırda Yevlax şəhər xəstəxanasındadır. Özünü yandıran əlilin vəziyyətinin çox ağır olduğu bildirilir.
        Yayılan xəbərlərdə qeyd olunur ki, N.Kərimov sosial yardım almaq üçün müraciət edib, 6 ayının pulunu bizə ver deyiblər, get gələ salıblar.
       Nizami Kərimovun 3 uşağı var, kiçiyi 5 yaşındadır. Qardaşı Fəxrəddin Kərimov Qarabag uğrunda gedən döyüşlərdə şəhid olub.
Mənbə: Avropa.info>>


Sosial Müdafiə Mərkəzindən ona deyiblər ki, müavinətin ilk 6 ayının pulu bizə çatacaq, sonra isə sən almağa başlayacaqsan...

  Yevlax rayonundakı mənbədən daxil olan məlumata görə, bu gün səhər saatlarında Yevlax rayon sakini 1969-cu il təvəllüdlü Nizami Yusif oğlu Kərimov sosial müavinət almaq üçün Sosial Müdafiə Fonduna müraciət edib. İddiaya görə, Sosial Müdafiə Fondu Nizami Kərimovun alacağı müavinətin altı ayını verməmək qərarına gəlib. Nəticədə, Nizami Kərimov buna etiraz edərək özünü yandırıb. Xəstənin vəziyyəti çox ağırdır.   Hadisəni diqqətdə saxlayacağıq.   

***  
 12:12   

Özünü yandıran Nizami Kərimovun bacısı Rəbiyyə Kərimova "Axar.az"a bildirib ki, Nizami həm də şəhid qardaşıdır:   "Nizami kasıb adamdır. Üç övlad atasıdır. Sosial Müdafiə Fonduna müavinət üçün müraciət etmişdi. Ordan ona deyiblər ki, müavinətin ilk altı ayının pulu bizə çatacaq, sonra isə sən almağa başlayacaqsan. Nizami isə onlara deyib ki, yox, mənə təcili olaraq pul lazımdı. Xeyri olmayıb. Buna görə də o əsəbiləşib və özünü yandırıb. Onu da deyim ki, bizim qardaşımız Fəxrəddin Qarabağ döyüşlərində şəhid olub. İndi də Nizami belə oldu. Həkimlə danışdıq, dedi ki, o, ikinci dərəcəli yanıq xəsarəti alıb. Yaşayıb-yaşamayacağı belə sual altındadır. Hələlik dəqiq bir söz deyə bilmərəm".   Yevlax rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzi ilə əlaqə saxlamağa çalışırıq. Hələ ki, zənglərimizə cavab verən olmayıb.
Mənbə: Axar.az>>