Son əlavələr‎ > ‎

Bakı şəhərində suyun paylanma sisteminin mənzərəsi

23 Oca 2014 01:42 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
 
Bu "gözəl" mənzərə Abşeron Mədən Qazma idarəsinin 5-10 addımlığındadır. Hər gün həmin idarəyə inomarkalarda yekə-yekə adamlar gəlir, amma belə mənzərə heç onlraı narahat etmir...

    Göründüyü kimi ana su xətti vətəndaşlın evlərinin yaxınlığına qədər gəlmir, vətəndaşlar özləri evlərindən Ana xəttə qədər 100-200 metrə qədər uzunluğunda plastik boru ilə su xətti çəkirlər. Bir paylayıcı nöqtəyə 40-50 fərdi xətt qoşulur.
 
  
   Məlumat üçün əlavə edək ki, hər fərdi xəttdən isə 2-3 nəfər şərikli, növbə ilə istifadə edir. Nəticədə belə "gözəl" bir mənzərə yaranır. Ana xəttə su gələndə bütün yolları su basır, çünki plastik trubaların çoxu zədəli vəziyyətdədir. Olmazmı ki, Azərsu  ASC suyu dəmir truba ilə vətəndaşların evinin yanına qədər gətirsin və bu problemlər birdəfəlik həll etsin?