1921-ci il mayın 19-da N.Nərimanovun
giriş sözü ilə açdığı və işində iştirak etdiyi Ümumazərbaycan Şurlar qurultayının birinci çağırışı Azərbaycan İctimai Şura Cümhuriyyətinin
qanuni-əsasisini ( konstitusiyasını ) təsdiq etdi. Qanuni-əsasidə dövlət dili
haqqında maddə yox idi. Elmi, publisistik ədəbiyyatda, rəsmi sənədlərdə təhkiyə
üslubuna görə (“yoxdur”, “heç vaxt daxil edilməmişdir” və s.) bunun bir
çatışmamazlıq hesab edildiyi duyulur. Azərbaycan Beynəlxalq Universitetinin
dövlət hüququ kafedrası elmi-analitik mərkəzinin rəhbəri E.Abdullayev isə yazır
ki, “Bu zaman respublika orqanlarının başında N.Nərimanov, Bakı neftinin
faktiki sərəncamçısı olan Bakı Sovetinin və Bakı Şəhər partiya Komitəsinin
başında isə ermənilər dururdular. Belə bir şəraitdə azərbaycan dilinin dövlət
dili kimi 1921-ci il konstitusiyasında
göstərilməsi qeyri-mümkün idi”?! Bu fikri isə nəinki “elmi-analitik”,
ümumiyyətlə, ciddi mülahizə hesab etmək də qeyri-mümkündür! Sitat Xaqan Balayevin 2002-ci ildə nəşr olunmuş "Azərbaycan dilinin dövlət dili kimi təşəkkül tarixindən (XVI-XX əsrlər)" adlı kitabındandır (bax: səh 20 >> ) . Müəllif daha sonra izah edir ki, o dövrlərdə bir çox dövlətlərin konstitusiyalarında dövlət dili haqqında maddə olmayıbdır. Elə indinin özündə də bəzi ölkələrin konstitusiyalarında belə bir maddə yoxdur... |
Son əlavələr >